Oktyabrın 7-dən start götürən Zəfər Forumunun növbəti ünvanı Ağstafa rayonu olub. SİA xəbər verir ki, Ağstafa rayonu ilə yanaşı Qazax, Tovuz, Şəmkir və Gədəbəyi də təmsil edən şəhid ailələrinin, mübaribə iştirakçılarının, şəhər və rayon fəallarının, habelə aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə təşkil olunan Forum Ağstafa Aqrar Sənaye Kompleksində keçirilib. Qonaqlar öncə Ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, rayonun Şəhidlər Xiyabanını ziyarət ediblər.
Forumda Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun düşmən üzərində qazandığı parlaq Qələbədən, Vətən müharibəsində Azərbaycan oğullarının göstərdiyi şücaət nümunələrindən söhbət açılıb.
Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev çıxış edərək Müzəffər Ali Baş Komandanın Vətən müharibəsində göstərdiyi əzm, səbr, güc xalqımıza ruh yüksəkliyi bəxş etdiyini vurğulayıb. Vətən müharibəsinin qələbəsi Azərbaycan xalqının birliyinin Zəfər simvolu oldu. Bildirilib ki, Zəfər forumları bütün ölkəni əhatə edəcək və qazandığımız Zəfər haqqında yerlərdə insanların, xüsusilə gənc nəslin illər keçdikdə daha dolğun məlumatlanmasına şərait yaradılacaq.
Forumda iştirak edən rayonlardan gələn Milli Qəhrəman valideynlərinin, şəhid ailələrinin və müharibə iştirakçılarının çıxışları dinlənilib. Tədbirdə hərbi vətənpərvərlik musiqiləri ifa olunub, Vətən müharibəsinə aid səhnələr nümayiş etdirilib. Qeyd edək ki, növbəti forumlar Qusar, Ağdam, İsmayıllı, Sabirabad və Bakıda keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB