"Paşinyan Azərbaycanla sülh sazişini bağlamaqda maraqlı deyil" - DEPUTAT ŞƏRH ETDİ
“Ermənistanın niyyəti ondan ibarətdir ki, yekun sülh sazişinin imzalanmamasına nail olsun. Yəni 2022-ci ildən ötən zaman ərzində Ermənistan bütün vasitələrlə bu sülh sazişini imzalamaqdan yayındı”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu bildirib.

Onun sözlərinə görə, 2020-ci ilin 10 noyabrında, 2021-ci ilin yanvarında və noyabrında imzalanmış sənədlərdə yer alan şərtlər üzrə Ermənistan heç bir addım atmadı: “Bununla da nümayiş etdirdi ki, o sadəcə olaraq məcburiyyət qarşısında ümumi proseslərə qoşulub. Amma bu sadəcə olaraq görüntü xarakterli qoşulmadır, praktiki olaraq heç bir addım atılmır.
Ermənistanın baş naziri Paşinyan da sanki sülh tərəfdarıdır, sanki Ermənistanda hansısa qüvvələr qarşısında aciz qalaraq sülh gündəliyini irəli apara bilmir kimi mövqe sərgiləməyə və yaxud da kənardan belə görünməsini istəyir. Paşinyan kimi bir insan təbii ki, Azərbaycanla sülh münasibətlərinin imzalanmasında səmimi ola bilməz. Çünki çox yaxşı xatırlayırıq ki, 2018-ci ildə Paşinyan dövlət çevrilişi nəticəsində hakimiyyətə gətiriləndən sonra Azərbaycana qarşı sələflərindən də qat-qat artıq sərt mövqe sərgilədi. Paşinyan öz mövqelərində çox dərin transformasiyalar edirdi. Buna görə də bilmək olmurdu ki, Paşinyanın bu gün sərgilədiyi mövqe ilə sabah sərgiləcəyi mövqe arasında uyğunluq olacaq ya yox. Əksər hallarda biz bu uyğunluğu görmürdük.
Xatırlatmaq yerinə düşərdi ki, Ermənistan hökumətinin 5 illik fəaaliyyət planında ayrıca olaraq Azərbaycanın tarixi əraziləri, Qarabağla bağlı fəaliyyəti də bir istiqamət kimi müəyyənləşdirmişdi. Sözsüz ki, Azərbaycanın ərazi bütövlüynə qarşı birbaşa təxribat idi. Eyni zamanda da bunu davam etdirirdi. Paşinyan komanda üzvləri ilə birlikdə heç gizlətmirdilər ki, Azərbaycanın yeni ərazilərini işğal etmək istəyirlər. Bu gün sual olunur belə bir insan Azərbaycanla münasibətlərin yaxşılaşdırılmasında səmimi ola bilərmi? Hesab edirəm ki, ola bilməz. Paşinyan hər zaman Fransada ümumiyyətlə, Qərbdə separat danışıqlar aparırdılar ki, Azərbaycanın qələbəsini hansısa bir formada məhdudlaşdırsın.
Praqada keçirilən görüş zamanı da məhz Ermənistan tərəfinin canfəşanlığı, eyni zmanda Makronun da cəhdləri ilə mülki missiyanın Ermənistan ərazisinə göndərilməsinə nail olundu. Azərbaycan ərazisinə də göndərilmə cəhdləri oldu, lakin Azərbaycan bunu qəbul etmədi. Fransanın da, ABŞ-ın da təlimatları əsasında Paşinyan hələlik görüntü naminə hansısa davranışları sərgiləməkdədir. Paşinyanın əsas niyyəti ondadır ki, yenidən gərginlik yaransın ki, məsələlərin müzakirəsi qeyri-müəyyən vaxta keçirilsin. Paşinyan Azərbaycanla sülh sazişini bağlamaqda maraqlı deyil. Əgər belə bir maraq nümayiş etdirirsə də bu səmimiyyətdən çox uzaqdır. Paşinyan kənardan təyin olunmuş baş nazirdir. Təbii ki, Paşinyan Cənubi Qafqazda gərginliyin qalmasında maraqlı olan dairələrin istəkləri əsasında da hərəkət etməkdədir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB