"Qubadlı və Cəbrayıl səfəri onu göstərir ki,..." - MÜNASİBƏT BİLDİRİLDİ

"Qubadlı və Cəbrayıl səfəri onu göstərir ki,..." - MÜNASİBƏT BİLDİRİLDİ

"Bildiyimiz kimi, bu gün Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl və Qubadlı rayonlarına səfər ediblər. Səfər nəticəsində bir çox, sənaye, turizm, kənd təsərrüfatı, təbiətin qorunması ilə bağlı, eyni zamanda elektirik şəbəkəsi və digər xeyli müəssisə və komplekslərin açılışında iştirak ediblər". Bu sözləri SİA-ya açıqlamasında Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyinin sədri Ramil İskəndərli deyib.

Onun sözlərinə görə, eyni zamanda burada Zəfər Muzeyinin də təməli qoyulub: "Səfər onu göstərir ki, burada məqsəd nəinki işğaldan azad olunmuş Qarabağda, həm də Qubadlı və Cəbrayıl rayonlarında hal-hazırda gələcək qayıdış üçün münbit şərait yaradılır. Bu infrastruktur layihələri həyata keçdikcə əhali daha rahat yaşayışla təmin olunacaq".

Ramil İskəndərli sözlərinə belə davam edib: "Bu baxımdan keçmiş məcburi köçkünlərin öz dədə-baba yurdlarına qayıtması yolunda cənab Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva çox böyük addım atdılar. Qubadlı və Cəbrayılda bu cür müəssisələrin açılması, işğaldan azad edilmiş torpaqların dirçəlməsi və bu torpaqların inkişafının göstəricisidir. Bu göstəricilər nəticəsində gələcəkdə Qarabağda həyat yenidən canlanacaq və biz bunların şahidi olacağıq".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə