Erməni hərbi ekspertinin hindsayağı məyusluğu SƏBƏB

Erməni hərbi ekspertinin hindsayağı məyusluğu SƏBƏB

Ermənistanın hərbi ekspertlərindən olan Karen Vrtanesyan ölkəsinin müdafiə naziri Suren Papikyanın Hindistana səfəri zamanı bu ölkənin hərbi arsenalına məxsus “Pinaca” raket qurğularını 250 milyon dollara alması qərarından məyus olduğunu bildirib. SİA erməni KİV-lərinə istinadən xəbər verir ki, hərbi ekspert “Pinaca”ların Rusiyanın silahsız “SU-30M” qırıcı təyyarələri qədər səmərəsiz olduğunu bildirib.

“Hindistandan alınan silahın əlverişli olması aydın deyil, yeri gəlmişkən, bu silah haqqında bir dənə də olsun rəsmi informasiya yoxdur”, deyən Karen Vrtanesyan onu da bildirib ki, adıçəkilən silah Hindistandan başqa heç bir ölkədə yoxdur. Eyni zamanda, bu silahın sınağının keçirilməsi və nə qədər uğurlu olması barədə də məlumat mövcud deyil. Çünki sınaqlar da az keçirilib.

“Havadan müdafiə və hava qüvvələrindəki fonundakı problemlər qarşılığında biz Azərbaycan PUA-ları üçün daha böyük hədəflər alırıq. Hindistandan silah almağımızla biz Çinlə, İranla münasibətlərimizi pozuruq. Halbuki bizə mobil artilleriya və hətta zirehli jiletlər daha çox lazımdır”, deyə Karen Vrtanesyan bildirib.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə