İranın Araz qırağına daşıdığı hərbi texnika qəzaya səbəb olub ÖLƏNLƏR VAR

İranın Araz qırağına daşıdığı hərbi texnika qəzaya səbəb olub ÖLƏNLƏR VAR

İranın Araz çayı kənarına daşıdığı hərbi texnika qəzaya səbəb olub. SİA xəbər verir ki, bu barədə İranda fəaliyyət göstərən müxalif teleqram kanallar yazırlar. İddialara görə, hərbi təlimlərin keçirildiyi son bir neçə gündə SEPAH-a məxsus texnika qəzaya uğrayıb və nəticədə bir neçə nəfər hərbçi həyatını itirib. Məlumatlarda bildirilir: “Belə ki, bu gün səhər saatlarında Araz qırağında artilleriya qurğularını daşıyan SEPAH-a məxsus hərbi maşın yük maşınını yoldan çıxardığı üçün qəza baş verib. Yük maşını yoldan çıxdığı üçün əks istiqamətdən gələn minik avtomobili ilə toqquşub və iki nəfər yerindəcə həlak olub. Şərqi Azərbaycan əyalətinin Təcili Yardım Mərkəzinin sözçüsü Vəhid Şadiniya mediaya verdiyi açıqlamada faktı təsdiqləyib”.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə