Ermənilər Nijni Taqildə pravoslav məbədi alıblar! ANALİTİK+ŞƏRH

Ermənilər Nijni Taqildə pravoslav məbədi alıblar! ANALİTİK+ŞƏRH

Rusiyalı ekspert həyəcan təbili çalır - Bir müddət sonra həmin məbəd “qədim erməni kilsəsinə” çevriləcək

Ermənilərin onların tarixlərinə heç bir aidiyyatı olmayan ölkələrin ərazilərində kilsə və xaçkarlar tikmələri sanki bir ənənəyə çevrilib. İstər Amerikada, istər Rusiyada, istərsə də ərəb ölkələrində, habelə İsraildə belə xaçkarların və kilsələrin sayları kifayət qədərdir. Maraqlıdır ki, belə bir ənənənin heç də yaxşı nəticələrə gətirib-çıxarmayacağını bir sıra ekspertlər, tarixçilər də bildirirlər. Tarixlərdən məlumdur ki, ermənilər sonradan həmin xaçkar və kilsələri “qədimiləşdirərək” bu yerlərin onlara məxsus olduğunu, eləcə də dünyanın “ilk xristianları” olduqlarını iddia kimi irəli sürür, ərazi iddiaları ilə çıxış edirlər. Təsadüfi deyil ki, 44 günlük müharibədən sonra Kəlbəcərdə və s. işğaldan azad edilmiş ərazilərimizdə “qədim xaçkar” istehsal edən gizli sexlər müəyyən olundu və ermənilərin yalanları üzə çıxarıldı.

Rusiyalı hərbi ekseprt Aleksey Xlopotov: “Bizlərdə ermənilərrin “xristian qardaşlarımız” olduqlarını hesab etməyə alışıblar. Lakin bu heç də belə deyil! Erməni apostol kilsəsi monofizitlik üzərində bazalaşıb...”

Bu arada, Rusiyanın tanınmış hərbi eksperti Aleksey Xlopotov ermənilərin növbəti bənzər addımı ilə bağlı çıxış edib. SİA xəbər verir ki, Türkiyənin TRT kanalının rus dilində yayımlanan teleqram kanalında bildirilir ki, ermənilər Rusiyanın Nijni Taqil (Aşağı Taqil-R.R.) şəhərində Müqəddəs Aleksanr Nevski kilsəsini satın alıblar. Hənin kilsə taqillillər tərəfindən təhkimçiliyin ləğvi şərəfinə inşa olunub. Məhz bu baxımdan, ermənilərin bu məsələdə haradan ortaya çıxdıqları, habelə Rusiya Pravoslav kilsəsi rəhbərliyinin sözügedən olaya nəyə görə biganə yanaşmalarını haqlı olaraq sual edən rusiyalı ekseprt əlavə edib. SİTAT: “Bizlərdə ermənilərrin “xristian qardaşlarımız” olduqlarını hesab etməyə alışıblar. Lakin bu heç də belə deyil! Erməni apostol kilsəsi monofizitlik üzərində bazalaşıb...”.

“Uralın Nijni Taqili ilə “1915-ci ilin Osmanlı imperiyası zamanı “genosidə məruz qalan ermənilərlə” nə əlaqəsi var?”

Beləliklə, erməni monofizit kilsəsinin Rusiya pravoslavlarından köklü fərqlərə malik olduğunu izah edən Xlopotov sual edir: “Uralın Nijni Taqili ilə “1915-ci ilin Osmanlı imperiyası zamanı genosidə məruz qalan ermənilərlə” nə əlaqəsi var? Nəyə görə biz buna görə ermənilərə şərik olmalıyıq? Və bu “genosid” həqiqətənmi baş veribmi??? Xatırladım ki, “genosid” haqqında Birinci dünya müharibəsi zamanı müttəfiqlər iddia ediblər. Bu, Qafqaz cəbhəsində Rusiya imperiyası ilə müharibə edən Türkiyəyə qarşı siyasi və mənəvi təzyiq elementi idi. Onlar üçün bütün müharibə qurbanlarını türklərin üzərinə yıxmaq sərf edirdi. Sonra isə Türkiyənin özündə vətəndaş müharibəsi. Bir müddət “genosid” haqqında unuduldu. Lakin həmin mövzu İkinci dünya müharibəsindən sonra yenidən gündəmə çıxarıldı”.

1992-ci ilin 25-dən 26-na keçən fevral gecəsində faktiki olaraq Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Azərbaycanın Xocalı şəhəri məhv edildi, insanlar qətlə yetirildi... Və bütün bunlardan sonra onlar həyasızcasına, vicdanlarına sığdırıb “genosid” haqqında danışırlar”

Rusiyalı ekspert əlavə edib ki, hələ 1920-ci illərdə Azərbaycandan torpaqlar qoparıldı və Ermənistan adında ayrıca respublika yaradıldı. “Ermənistan SSRİ-nin, Türkiyə isə NATO-nun Cənubi Qafqazdakı istehkamı oldu”, deyən ekspert xatırladıb ki, 1990-cı ildə erməni millətçilərinin basqıları sayəsində suverenlik elan edildi: “Həmin ana qədər sadəcə heç vaxt mövcud olmayab “qədim erməni dövləti” haqqında danışılmırdı. Və ermənilər nədən başladılar? 1992-ci ilin 25-dən 26-na keçən fevral gecəsində faktiki olaraq Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Azərbaycanın Xocalı şəhəri məhv edildi, insanlar qətlə yetirildi. Hər kəsi – uşaqları, qocaları, qadınları öldürdülər. Və bütün bunlardan sonra onlar həyasızcasına, vicdanlarına sığdırıb “genosid” haqqında danışırlar”.

Xolopotov bildirir ki, 1990-cı illərdən başlayaraq ermənilər dünya ictimaiyyətindən heç vaxt olmayan “genosidin” tanınmasını xüsusi fəallıq sərgiləməklə tələb edirlər: “Niyə? Buradakı maraq merkantaldır – zəngin və yaşayış səviyyəsi yüksək olan Türkiyədən pul-para qoparmaq. Axı öz resursları yoxdur. Vaxtilə olanlar isə talan edilib, oğurlanıb”.

“Erməni oğruları dünyanın hər yerinə yayılıblar və Rusiyada, ABŞ-da, Fransada kriminal strukturlara rəhbərlik edirlər”

Ekspert daha bir diqqət çəkən məqama toxunaraq bildirib ki, erməni oğruları dünyanın hər yerinə yayılıblar və Rusiyada, ABŞ-da, Fransada kriminal strukturlara rəhbərlik edirlər: “Gəlin-görək bizdəki bazarları kimlər idarə edirdilər? Bəs indi iri ticarət şəbəkələrini kimlər saxlayır? Türkiyə bir neçə dəfə Ermənistana təklif edib ki, 1915-20-ci illərdə baş verən hadisələri birgə araşdırsınlar. Lakin Ermənistan hər dəfə nəyə görə isə imtina edirdi. Maraqlıdır, nəyə görə?”

O, ermənilərin “genosid” iddiaları ilə bağlı vikipediyadan da nümunə gətirib: “Erməni genosidinin tanınması erməni lobbi təşkilatlarının əsas hədəfidir. Bununla yanaşı, Türkiyəyə qarşı ərazi iddiaları, həmçinin reparasiya ödənilməsi tələbi də irəli sürülür. Məqsədlərinə çatmaq üçün erməni lobbiçiləri öz tərəflərinə parlamentariləri və nüfuzlu simaları cəlb edir, müxtəlif ölkələrin hökumətlərinə təzyiqlər yönəldir, mövcud məsələ ilə bağlı ictimai rəy arasında təbliğatlar aparır, bununla əlaqəli institutlar yaradırlar...”.

“Səbr birəndən sonra bunun nəticələrinin necə olacağını hər kəs yaxşı bilir”

Sonda isə Xlopotov Nijni Taqildəki pravoslav keşişlərini hədəfə alır: “İndi isə bizim taqilli keşişlərimiz belə bir kirli işə bulaşıblar! Bir daha xatırladım ki, Aleksandr Nevski məbədinin rəhbəri daha əvvəllərdən yerli quldurlarla əlaqəli olub. İndi isə erməni quldurlarının altına yıxılıb. Mən erməni “təzim xaçının” (xaçkarın-R.R.) qoyulması faktını yerli müxalifət KİV-lərinə təqdim etdim, amma onlar cınqırlarını belə çıxarmadılar və bu özbaşınalığa qarşı dayanmağa cürət belə etmədilər. Ancaq eybi yoxdur... rus xalqı dözümlü xalqdır. Ancaq səbr birəndən sonra bunun nəticələrinin necə olacağını hər kəs yaxşı bilir”, Rusiyalı hərbi ekspert Aleksey Xlopotov sözlərinin sonunda bildirib.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə