Avropada enerji böhranının öhdəsindən necə gəlinəcəyi hələ də sual altındadır. Həqiqətən də bu, heç də asan məsələ deyil və bunun qarşısının alınacağı da çətin olacaq, hansıki bunu ekspertlər açıq şəkildə etiraf edirlər. Avropanın enerji siyasətində onilliklər boyu davam edən uyğunsuz qərarlardan, hərəkətlərdən və bununla bağlı uğursuzluqlardan sonra vəziyyəti dəyişmək üçün əlbəttə ki, vaxt tələb olunur. Avropa İttifaqı həqiqətən də çətin seçim qarşısındadır və bunu avropalılar hamıdan yaxşı bilirlər.
Elektrik enerjisinin idxalına Avropada böyük ehtiac duyulduğu üçün müxtəlif variantlara əl atıldı, amma bunlar arzuolunmaz nəticələrə gətirib çıxardı. Məsələn, elektrik enerjisinin idxalı zərurəti Almaniya və Böyük Britaniyada qazın daha çox yandırılmasına, sərfiyyatına səbəb oldu və qaz böhranını daha da kəskinləşdirdi. Təkcə elektrik enerjisi deyil, həm də qaz idxalı zərurəti yaratdı. Beləliklə, qayğılar, problemlər daha da artdı. Məsələ burasındadır ki, bu fonda heç də qısa müddətdə problemlərin heç birini effektiv şəkildə həll etmək üçün bircə dənə yol belə ortada yoxdur.
Enerji böhranından çıxmaq üçün müxtəlif variantlar axtarılır, amma bu istiqamətdə hələ də uyğun nəticə hasil olunmur. Ola bilsin ki, hansısa variantlar tapıldığı zənn edilir, lakin bunun da mənasız olduğu, eləcə də acı nəticələri özünü tez zamanda göstərir. Məsələn, Almaniya firmaları qazla işləyən qazanları və generatorları neftlə işləyə bilənləri ilə dəyişməyə, onlara çevirməyə çalışsalar da, ancaq bu, bir problemi digəri ilə əvəz etmiş oldu. Bir qədər əvvəl dünyanın qarşılaşdığı pandemiya səbəbindən qapanmalarla əlaqədar olaraq məhdud neft emalı bunun öhdəsindən gələ bilmədi və enerji məsələləri ilə bağlı vəziyyəti bir az da qabarlq şəkildə gərginləşdirməyə başladı.
Alimlər, eləcə də ekspertlər belə etiraf edirlər ki, hətta uzunmüddətli perspektivdə də, enerji böhranının həllini gözləmək olmaz. Vəziyyət olduqca mürəkkəb, həlli isə ondan da çətindir. Məsələnin həlli yollarını görünmür. Görünən odur ki, Avropanın hələ də qısamüddətli perspektivdə qaza, qaz idxalına böyük ehtiyacı var və hələ bundan sonra da olacaq. Qoca qitə üçün enerji məsələləri risklidir, çünki hansısa dəyişiklik bir günün içərisində, yaxud enerji böhranından çıxmaq yolları bir gecədə irəli sürülə bilməz. Problemlərin, enerji ilə bağlı həlli vacib məsələlərin öhdəsindən gəlmək üçün kifayət qədər zamana ehtiyac duyulur. Bu zaman isə ümumilikdə Avropanın əleyhinə işləyir.
İqlim məsələlərinə xələl gətirmədən enerji təhlükəsizliyini təmin etmək üçün yeni düşüncə, yeni baxış tələb olunur. Hətta yeni tədbirlər planına böyük ehtiyacın olduğu da təkzib edilə bilməz, çünki vəziyyətin kritik olduğu artıq etiraf olunmaqdadır. Avropanın və ilk növbədə, Almaniyanın iqtisadi modelinə yenidən baxmadan isə bunu etmək xüsusilə çətindir. Əgər sənaye üçün kifayət qədər ucuz enerji daşıyıcıları və xammal yoxdursa, deməli, dəyişikliklər lazımdır. Bu da ilk növbədə geosiyasi həssaslığın artması deməkdir.
Hələ də enerji böhranı içərisində olan, bu böhrandan bircə dənə də olsa çıxış yolu tapmayan Avropa bu boyda problemin fonunda sanki öz maraqlarını deyil, kimlərinsə maraqlarını güdür və geosiasi müstəvidə hansısa oyunçuların hegemonluq uğrunda mübarizəsində alətə çevrilib. Heç bir dövlətin suverenliyinə qarşı təcavüz müzakirə mövzusu belə ola bilməz, suverenlik müdafiə edilməlidir, amma reallıq ondan ibarətdir ki, indi Rusiya-Ukrayna müharibəsi mövzusunda Avropa sadəcə olaraq, Amerikanın özünə rəqib bildiyi ölkəyə qarşı çıxır, sanksiyalara dəstək verir, bununla da məsələni qəlizləşdirir. Nəticədə də Rusiya qazından məhrum olan Avropa özü elan olunmamış sanksiyalarla üz-üzə qalır. Öz hayında olan Rusiya üçün hansısa ölkələrə qaz ixrac etmək indi sonuncu planda ola bilər və belədir də. Belə olan halda da Avropa enerji təchizatı ilə bağlı problemlə üzləşməli idi, hansı ki, bunun acı nəticələri ortadadır.
Bir çox Avropa ölkələri qaz təchizatı məsələlərində ölkəmizə güvənir və indi Azərbaycan etibarlı tərəfdaş hesab olunur. Azərbacan qazı artıq Avropanın bir sıra ölkələrinə çatdırılır, nəql edilir. Artıq Azərbaycan Avropanın qaz təchizatı məsələlərinə öz tövhəsini verməkdədir. Bu, bir reallıq, bir həqiqətdir. Nədənsə, Fransa kimi bir Avropa ölkəsinin prezidenti bu həqiqəti, bu reallığı dərk etmək fikrində deyil və hələ də öz ölkəsinin vətəndaşlarının təbii qaza olan ehtiyacını deyil, ermənipərəstliyi, erməniləri haqsız olsalar belə müdafiə etməyi üstün hesab edir. Həqiqətən də, vətəndaşlarının qarşılaşdıqları problemləri deyil, başqa bir ölkənin vətəndaşlarının qondarma, yalan iddialarını, hətta bunun yalan olduğunu bilər-bilə müdafiə etmək heç bir siyasətçiyə yaraşmaz, nəinki bir Avropa ölkəsinin prezidentinə. Amma sözügedən ölkənin prezidenti Emmanuel Makron bunu özünə yaraşdırır. Dərk etmək istəmir ki, qış qapının ağzını kəsdirib və iqlim dəyişkənliyinin olduğu, bununla əlaqədar gözlənilməz kəskin hava şəraitinin ola biləcəyi bir dövrdə enerji böhranını nəzərə almadan erməni dəyirmanına su tökmək ilk növbədə öz ölkəsinə, öz ölkəsinin vətəndaşlarına xəyanətdir. Belə xəyanətin fonunda enerji böhranından çıxış yolu nəinki çətin olacaq, bu yol heç olmayacaq da, çünki Makron enerji böhranı, qaz təvhizatı barədə nəinki düşünmür, deyəsən, onun bu problemdən xəbəri də yoxdur.
Ən gülünc məqam isə Makronun Azərbacan qazını öz ölkəsinin almaması barədə dedikləridir. “Fransa Azərbaycandan qaz almır və bu məsələdə heç bir razılaşma yoxdur”, deyən Fransa prezidentinin bu fikirləri kimə, yaxud kimlərə xoş gəlmək üçün dediyi hamıya bəllidir. Praqa görüşündə səsini çıxarmağa cəsarəti çatmayan Makron, indi Parisdə cəsarətlənəsi olubsa və yenə də erməni dəyirmanına su tökmək qərarına gəlibsə, deməli qətiyyən erməni təəssübkeşliyindən əl çəkməyib. Onun özünün də, özündən əvvəlki Fransa prezidentlərinin də hər zaman ermənipərəst mövqedə olması sirr və eyni zamanda, təəccüblü deyil. Təəccüblü və gülünc olan məqam əvvəla odur ki, öz ölkəsi enerji böhranı ilə əlaqədar çətin vəziyyətə düşdüyü halda, öz vətəndaşlarının və ölkəsinin problemini düşünməli olduğu halda, hansısa bir qondarma erməni dövlətini, onun vətəndaşlarını guya düşünür. Bu, artıq riyakarlıq, ikiüzlülük və xəyanət olmaqla bərabər, istehzalı gülüş doğurur. Digər tərəfdən də, qaza ehtiacı olan bir ölkənin prezidentinin beləcə, “Fransa Azərbaycandan qaz almır”, deməsi paradoksdur, hansıki acı gülüş döğurur. Əvvəla ona görə ki, qaz Fransanın özünə lazımdır, özü də ötən ilkindən də çox. Digər tərəfdən də, Fransa öz ölkəsinin qaz, enerji təminatında maraqlı olmalı halda, Azərbaycandan qaz almamasında, yaxud almaq istəməməsində nə kimi yaxşı iş var ki, Makron bunu dilə gətirməyi məqbul hesab edir?
Azərbaycan qazı Fransaya lazım olduğu halda, Makron ölkəmizə guya bununla nə çatdırmış olduğunu zənn edir? Təbii ki, burada məntiqi fikir olmadığı nəzərə alınaraq, onun dedikləri yalnız gülünc sayıla bilər. Məntiqi olan Fransanın, ümumilikdə isə, Avropanın enerjiyə olan tələbatı, ehtiyacıdır. Bu məsələnin də öz həllini tapmaması problem olaraq qəbul olunur. Problemin, yəni mövcud vəziyyətin də enerji böhranı olduğu göz önündədir. Əgər bu problemin həlli istiqamətində addım gözə dəymirsə, yaxud da hərhansı tədbirlər nəticə vermirsə, ya da əks nəticə verirsə, eləcə də Makronun timsalında bir dövlət başçısı məsələyə məntiqi yanaşımırsa, deməli, hələ də Avropa çıxış yolu heç də asan olmayan enerji böhrani ilə üz-üzə çox qalacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB