“Qırğız xalqı cənab İlham Əliyevi çox səmimi qarşıladı” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan Respublikasın Prezidenti cənab İlham Əliyevin Qırğızıstan Respublikasının Prezidenti sadr Japarovun dəvəti ilə bu ölkəyə rəsmi səfəri çox zəngin oldu”. Bu sözləri SİA-ya açıqlamasında deputat Kamilə Əliyeva deyib.

Onun sözlərinə görə, Qırğızıstan Respublikasının Prezidenti və qırğız xalqı cənab İlham Əliyevi çox səmimi qarşıladı: “Qırğız rəhbərliyi və xalqı ölkə başçımızı özlərinə dost qardaş dövlətin başçısı, ən əziz qonaq kimi gəbul etdiklərini şahidi oldu. Bu səmimi münasibət gözlənilən idi. Azərbaycan və Qırğız xalqları ortaq dilə, mədəniyyətə, eyni kökə malik xalqlardır. Qırğızıstan Respublikasının Prezidentin müşayəti ilə Prezident cənab İlham Əliyev Qırğızıstanın tarixi yerlərinə səfər etdi, gırgız xalqının folkloru, mədəniyyətini və adət ənənələri ilə tanış edildi. Qırğız xalqının Azərbaycan xalqını necə sevdiyini, xalqımızın dəyərli, dahi insanlarının xatirəsini uca tutduqlarının da şahidi olduq. Qırğızıstanın paytaxtı Bişkek şəhərində ən böyük məktəblərdən birinə Azərbaycan dövlətinin banisi Heydər Əliyevin, digər məktəb isə Azərbaycanın böyük şairi Nizami Gəncəvinin adını daşıyacaq. Qırğızıstan-Azərbaycan dostluq parkının, Bakı ilə Bişkekin qardaşlaşmış şəhər olması mədəni əlaqələrimizi daha da yaxınlaşdıracaq. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev türkdilli dövlətlərlə çoxtərəfli və ikitərəfli formatda siyasi və iqtisadi əlaqələrin inkişafına böyük əhəmiyyət verir. Qırğızıstan-Azərbaycan inkişaf fondunun yaradılması barədə qərar iqtisadi əlaqələrin inkişafına böyük töhfə verəcək. Bu Fond investisiyaların cəlb edilməsi işinə ticari-iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi işinə böyük xidmət edəcək. İl yarım öncə iki dövlət arasında imzalanmış strateji əməkdaşlıq haqqında Bəyannamə münasibətlərimizi yüksək səviyyəyə çatdırıb”.
Deputat sözlərinə belə davam edib: “Azərbaycanın ilk peyki- "Azersky" və "Azərspace-1" qırğız vətəndaşlarına da xidmət edir. Bu gün beynəlxalq təşkilatlar çərçivəsində hər iki dövlət bir birini dəstəkləyir.
Prezident cənab İlham Əliyev Azərbaycanla Qırğızıstan arasında Birinci Dövlətlərarası Şuranın iclasında çıxış etdi. Azərbaycan və Qırğızıstan türkdilli dövlətlər arasında qarşılıq münasibətlərinin möhkəmlənməsinə fəal töhfə verir. Gələn ay keçiriləcək zirvə görüşü ölkəmizin həmrəyliyinin möhkəmlənməsində böyük addım olacaq. Artıq 2 dövlət arasında hökumətarsı komissiyasının iclası Bakıda təşkil olunub gələn il də Bişkekdə keçirilməsi nəzərdə tutulub. Dövlətlərarsı Şura, hökumətarsı komissiya Azərbaycan və Qırğızıstan dövlətlərinin iqtisadi və siyasi əlaqələrin daha da yüksəkliklərə qalxmasına böyük təkan verəcək. Prezident cənab İlham Əliyevin Qırğızıstana səfəri çərçivəsində Azərbaycan və Qırğızıstan dövlətləri arasında bir çox sahələri əhatə edən sənəd imzalamışdır”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB