"Rusiya ilə Ukrayna arasında gedən müharibə iki dövlətin müharibəsi deyil" - POLİTOLOQ ŞƏRH ETDİ
"Qış aylarında Rusiya-Ukrayna müharibəsinin dayanacağı ilə bağlı proqnozlar var idi. Ona görə ki, Avropanın böyük bir hissəsi Rusiya qazından asılıdır. Buna görə də Avropa ölkələri də münaqişənin başa çatmasını istəyir". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Ramiz Alıyev bildirib.
Onun sözlərinə görə, biz hər zaman çıxışlarımızda bildirmişik ki, Rusiya ilə Ukrayna arasında gedən müharibə iki dövlətin müharibəsi deyil: "Bu 3-cü, 4-cü tərəflərin qızışdırdığı bir müharibədir. Burada qocalar, yaşlılar, uşaqlar həlak olur. Bu müharibədə əziyyət çəkən Rusiya və Ukrayna xalqlarıdır. Son günlərdə Rusiyada qismən səfərbərliyin elan edilməsi insanların etirazlarına səbəb olub, onların bir qismi ölkədən uzaqlaşmağa çalışırlar. İnsanlar da anlayır ki, ortada maraqlar var və bu maraqlara görə müharibə davam edir. Ukraynaya dəstək olan dövlətlər var ki, onlar Rusiyaya qarşı sanksiyalar tətbiq edirlər. Ukraynaya dəstək verilsə də yenə ölkə çox ağır vəziyyətdədir. Həmçinin onun iqtisadiyyatı da çox pis vəziyyətdədir.
Rusiya nüvə silahlarını tətbiq etmək fikrindədir və bu dünyanı qorxudur. Hər iki xalq bu cür müharibənin parçası olmaq istəməzdilər. Sülhü istəyən dövlətlər də bu müharibənin davam etməsini istəməzdilər. Lakin çox təəssüflər olsun ki, bəzi hegemon dövlətlər öz maraqları naminə bu müharibənin davam etməsini istəyirlər. Sülhün baş tutacağı hələ məlum deyil. Lakin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təklifini qəbul etsələr sülh sazişi bağlana bilər. Xüsusi marağı olmayan dövlətlər bu sülh müqaviləsinin bağlanmasında iştirak etmək istəyərlər. Qardaş ölkənin sülhlə bağlı təşəbbüsləri təqdirəlayiqdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB