Azərbaycanın BƏƏ-dəki səfiri dəyişdirilib - SƏRƏNCAM

Azərbaycanın BƏƏ-dəki səfiri dəyişdirilib - SƏRƏNCAM

Prezident İlham Əliyev Mahir Məmməd oğlu Əliyevin Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərində fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb.

Dövlət başçısının imzaladığı digər sərəncama əsasən, Elçin Tələt oğlu Bağırov Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərində fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə