“Hərtərəfli münasibətlərin inkişafı sürətlə artır” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Hərtərəfli münasibətlərin inkişafı sürətlə artır” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Hazırda beynəlxalq münasibətlər sistemində ciddi gərginliklər müşahidə edilir. XXI əsrdə olduğumuz halda hazırda dünyada müxtəlif xoşagəlməz proseslərin getdiyini görürük”. Bu sözləri SİA-ya açıqlamasında deputat Müşfiq Cəfərov deyib.

Onun sözlərinə görə, dünyada gedən xoşagəlməz proseslərin, baş verən müxtəlif siyasi hadisələrin fonunda dövlətimizin xarici siyasəti bu cür hər tərəfli inkişaf etdirməsi olduqca önəmlidir: “Bişkekdə cənab Prezident İlham Əliyevin və Qırğız Respublikasının prezidenti Sadır Japarov arasında keçirilən bu toplantıda dünyada, o cümlədən Asiyada gedən proseslər ətraflı müzakirə olunub, regionda sabitliyin, təhlükəsizliyin təmini üçün atılmalı addımlar müəyyənləşib. Bu gün hər iki ölkə arasında münasibətlərin yüksək səviyyədə dəstəklənib, mövcud və gələcək əməkdaşlıq üzrə bütün əlaqələr günü gündən intensivləşir.

Bu əlaqələrin belə yüksələn xəttlə inkişafında heç şübhəsiz ki, Qırğızıstan-Azərbaycan İnkişaf Fondunun mühüm rolu da mühümdür. Bunu 11 oktyabr keçirilən görüşdə də hər iki ölkə başçısı qeyd edib. Prezidentlərin dediyi kimi, bu Fond Azərbaycan investisiyalarının Qırğızıstana cəlb edilməsində, qarşılıqlı faydalı biznes layihələrinin icrasında fəaliyyət mexanizminə çevrilməlidir.

Qırğızıstanla Azərbaycan arasında hər tərəfli münasibətlərin inkişafı sürətlə artır. Oktyabrın 12-də Bişkekdə Heydər Əliyev adına 20 saylı Məktəb-Gimnaziya təhsil-tərbiyə kompleksinin açılş mərasimi olub.
Dövlət başçısı İlham Əliyev və Qırğız Respublikasının prezidenti Sadır Japarov açılış mərasimində iştirak ediblər.

Qırğızıstanda bu məktəbin açılışı ikitərəfli münasibətlərdə əlamətdar hadisədir və hər iki xalqların möhkəm dostluğuna, strateji əməkdaşlığa şərait yaradır. Əminəm ki, bundan sonra daha da yüksələn münasibətlər regiondakı nailiyyətlərə öz töhfəsini verəcəkdir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə