2003-cü il Prezident Seçkiləri öncəsi İlham Əliyev Azərbaycanın gələcəyinə hesablanmış seçki platforması ilə seçki kampaniyasının bütün regionlarda şəxsən özü apardı. Seçicilərlə təmasda oldu, bölgələrdə mövcud durumu öz gözləri ilə gördü və Prezident Seçkilərindən dərhal sonra “Azərbaycan Respublikası Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının hazırlanması haqqında” Fərman imzaladı. Qeyd olunan Fərmanın imzalanmasından keçən 3 ay müddətində bütün sahələri əhatə edən “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2004-2008-ci illər) təsdiq edilməsi haqqında” Fərmanı imzaladı və Fərmanda nəzərdə tutulmuş tədbirlərin icrasını cənab Prezident İlham Əliyev şəxsi nəzarətinə götürdü. Qeyd olunan Dövlət Proqramında nəzərdə tutlmuş bütün tədbirlər vaxtında və yüksək keyfiyyətlə icra edildi. Hər 5 ildən bir növbəti 5 il üçün yeni Dövlət Proqramı hazırlanaraq təsdiq edildi. Dövlət Proqramlarının nəticəsi olaraq təkcə paytaxt Bakının deyil, bütövlükdə respublikanın xarici siması dəyişdi, insanların normal yaşayışı üçün irimiqyaslı layihələr icra olundu, yol infrastrukturu yenidən quruldu, içməli və suvarma su xətləri çəkildi, kanalizasiya sistemləri quruldu, qazlaşma aparıldı, bölgələrin fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi üçün yeni elektrik stansiyaları tikilib istifadəyə verildi, elektrik şəbəkələri yenidən quruldu, minlərlə sosial obyekt, o cümlədən təhsil, səhiyyə, mədəniyyət və dövlət idarəetmə obyektləri inşa edildi, istehsalat sahələri, loqistika mərkəzləri tikilib istifadəyə verildi. İdarəetmə sistemində optimallaşma aparıldı, paralel strukturlar ləğv edildi. Elektron hökumət sistemi quruldu ki, vəzifədən süi-istifadə halları minumuma endirilsin, bütün ödənişlərin plastik kart vasitəsi ilə həyata keçirilməsi təmin edildi. Şəffaflığın təmin edilməsi, neqativ halların aradan qaldırılması məqsədilə dünyada analoqu olmayan Azərbaycan brendi kimi tanınan “Asan” xidmət yaradıldı. Sahibkarlıq fəaliyyəti üçün münbit şərait yaradıldı, sahibkarlıq fəaliyyətinə əngəl olan maneələr aradan qaldırıldı, yüzminlərlə yeni iş yerləri açıldı. Əhalinin illik gəlirləri, o cümlədən əmək haqqı, bütün növ təqaüd və müavinətlər ilbəil artırıldı. Sadalanan və qeyd edilməyən uğurlara cənab Prezident İlham Əliyevin düzgün və qətiyyətli siyasəti sayəsində nail olundu.
Regionların sosial – iqtisadi inkişafının təmin edilməsi ilə yanaşı respublika əhalisinin həssas təbəqəsi olan qaçqın və məcburi köçkünlər, aztəminatlı ailələri, şəhid ailələri və əlillərin problemləri unudulmadı, əksinə onlara münasibət yüksək səviyyəyə qaldırıldı. Bu qəbildən olan insanların yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə xüsusi Dövlət Proqramları təsdiq edildi. Xüsusi Dövlət Proqramları hazırlamaq Azərbaycan Respublikası Prezidentinin 04 iyul 2004-cü il tarixli 298 saylı sərəncamı təsdiq edilmiş“Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” na və həmin Dövlət Proqramına 2007-2011 – ci illərdə edilmiş Əlavələrə uyğun olaraq respublikanın müxtəlif bölgələrində 100-dən artıq müasir tipli, sosial obyektləri ilə birlikdə şəhərcik inşa edildi və 300 mindən artıq qaçqın və məcburi köçkünlər həmin şəhərciklərə köçürülərək yaşayış şəraitləri yaxşılaşdırıldı. Şəhid ailələri,müharibə veteranları və digər həssas qrup nümayəndələri üçün də mənzillərin tikilməsi Azərbaycan vətəndaşına cənab Prezident İlham Əliyevin necə qayğı və diqqətlə yanaşdığının göstəricisidir.
Cənab Prezident İlham Əliyev Azərbaycan xalqının milli sərvəti olan neftdən gələn ilk gəlirləri Ermənistanın işğalçılıq siyasəti nəticəsində ağır duruma düşmüş, xalqımızın maddi və mənəvi sarsıntılara məruz qalmış hissəsi olan qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılmasına xərclənməsinə dair qərar qəbul etməsi onun Azərbaycan insanına verdiyi dəyər kimi qiymətləndirilməlidir. “Dədə Qorqud” filmində gözəl bir deyim var: “Torpağı qorumadınsa əkib-becərməyə, əkib-becərmədinsə qorumağa dəyməz”. Cənab Prezident İlham Əliyev də məsələyə bu meyardan yanaşırdı ki, qaçqın və məcburi köçkünlərimizi qoruyub, yaşatmaq lazımdır ki, torpaqlarımız işğaldan azad ediləndə həmin insanlar doğma yurdlarına qayıda bilsinlər.
Cənab Prezident İlham Əliyev 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra Qarabağ probleminin həlli ilə bağlı qətiyyətli mövqeyini bəyan etdi və bildirdi ki, mən danışıqlar xatirinə danışıqlar aparmayacağam. Ermənilərin Qarabağ probleminin danışıqlar yolu ilə həll etməyəcəyini müəyyənləşdirdikdən sonra cənab Prezident İlham Əliyev məsələnin yeni həll variantını müəyyənləşdirdi. Bu problemin hərbi-siyasi həll variantı idi. Baxmayaraq ki, ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri, beynəlxalq təşkilatlar hər vəclə bu variantı inkar edir, Azərbaycana təzyiqlər göstərir, Azərbaycanı bu yoldan çəkindirməyə çalışır, yeganə həll variantının danışıqlar yolu olduğuna inandırmağa çalışırdılar. Azərbaycan Respublikasının Prezidenti cənab Prezident İlham Əliyev bütün təzyiq və təsirlərə baxmayaraq Ordu quruculuğunu davamlı olaraq inkişaf etdirdi, məsələnin hərbi-siyasi yolla həlli üçün hüquqi baza yarada bildi və xalqımızın birliyini təmin etdi. Məsələnin həllinin hərbi-siyasi yolla həlli üçün münbit şərait yarandığı anda qəti qərar qəbul edərək Silahlı Qüvvələrimizin gücü ilə torpaqlarımızı mənfur düşmənin işğalından azad etdi və ərazi bütövlüyümüz təmin olundu. Torpaqlarımızın işğaldan azad edilməsi Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri olaraq daima xatırlanacaq. Cənab Prezident İlham Əliyev 2003-cü ildə siyasi hakimiyyətə gəldikdən sonra təsdiq etdiyi və icrasını şəxsi nəzarətinə götürdüyü Dövlət Proqramları ilə necə ki, Azərbaycanın regionlarının simasını dəyişdi, işğaldan azad olunmuş bölgələrimizin də siması dəyişdiriləcək. Qələbədən ötən qısa müddətdə görülmüş, görülməkdə davam edən işlər və tədbirlər bunu deməyə əsas verir.
Yaşasın xalqımıza Qələbə sevincini yaşadan Cənab Prezident İlham Əliyev!
Qarabağ Azərbaycandır!
Vahid Əliyev
YAP Xocalı rayon təşkilatının sədri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB