Müasir dünyada Aərbaycan dünya siyasi gündəmini müəyyənləşdirən ölkələrdən birinə çevrilib. Azərbaycan Prezidenti İlham Əliyevin siyasi xətti, uğurlu diplomatik addımlarının nəticəsidir ki, müasir dünyamızda Avropadan Asiyaya qədər olan məkanlarda Azərbaycan böyük nüfuza sahibdir. Bu, Azərbaycan Prezidenti İlham Əliyevin xarici dövlətlərə səfərləri, reallaşan layihələr çərçivəsində özünü büruzə verir. Dövlət başçısının beynəlxalq tirubunalardan çıxışları, verdiyi mesajlar yeni çağırışlara cavab olaraq yürüdülən siyasət Azərbaycanın nüfuzunun gündən-günə artmasına səbəb olub.
Azərbaycan Prezidenti İlham Əliyevin Praqaya səfəri beynəlxalq təşkilatlar, dövlətlərarası münasibətlərin qurulmasında və əməkdaşlıqda Azərbaycanın son illərdə əldə etdiyi nailiyyətlərdəndir. Bu səfər çərçivəsində Azərbaycan-Avropa İttifaqı münasibətləri, eləcə də Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesi kontekstində dövlətimizin başçısının keçirdiyi görüşlər, aparılan müzakirələr bir daha təsdiqləyir ki, ölkəmizin beynəlxalq aləmdə mövqeləri əhəmiyyətli dərəcədə artmaqdadır. Azərbaycan Avropa İttifaqı ilə enerji, nəqliyyat, ticarət və digər sahələrdə fəal əməkdaşlıq edir. Avropa İttifaqı ölkələri ölkəmizlə əsas ticarət, enerji tərəfdaşlarıdır. Nəqliyyat sahəsində əməkdaşlıq üçün yeni imkanlar yaradılıb. Azərbaycanın coğrafi vəziyyəti və müasir nəqliyyat infrastrukturu Avropa üçün çox önəmlidir. Belə ki, həm Şərq-Qərb, həm də Şimal-Cənub nəqliyyat dəhlizləri qeyd edilməlidir. Azərbaycan Prezidentinin zamanında uzaqgörənliklə reallaşdırdığı nəqliyyat və enerji infrastrukturu, eləcə də şaxələndirmə siyasəti nəticəsində ölkəmiz Avropanın, xüsusilə də Şərqi Avropa və Balkan ölkələrinin enerji təhlükəsizliyində etibarlı təminatçıya çevrilib. Prezident İlham Əliyevin "Avropa Siyasi Birliyi" Zirvə Toplantısına dəvət olunması və iştirakı dövlətimizin başçısının beynəlxalq müstəvidə yüksək nüfuzunun daha bir göstəricisidir. 44 ölkənin dövlət və hökumət başçılarının iştirakı ilə ilk dəfə keçirilən "Avropa siyasi birliyi" Zirvə Toplantısı Avropa ölkələrinin liderlərini bərabərhüquqlu və birlik ruhunda bir araya gətirmiş oldu. "Avropa siyasi birliyi" qitənin ölkələri arasında siyasi əlaqələndirmə platformasıdır. Birliyin məqsədi ümumi maraq doğuran məsələlərin həlli üçün siyasi dialoqu və əməkdaşlığı inkişaf etdirmək, Avropa qitəsinin təhlükəsizliyini, sabitliyini və rifahını gücləndirməkdir. Toplantı çərçivəsində liderlərin müxtəlif fikir mübadilələri zamanı sülh və təhlükəsizlik, iqtisadi vəziyyət, enerji və iqlim, miqrasiya və hərəkətlilik məsələlərini müzakirəsi əhəmiyyət kəsb edir. Azərbaycan Prezidenti İlham Əliyevin Praqaya səfəri və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Fransa Prezidenti Emmanuel Makron və Ermənistanın baş naziri Nikol Paşinyanla dördtərəfli görüşləri, əldə olunmuş nəticələr, əlbəttə ki, ölkəmizin nüfuzunun göstəricisidir.
Əlbəttə ki, Praqada əsas diqqət mərkəzində olan məsələ Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması ilə bağlı aparılan danışıqlar idi. Zirvə Toplantısı çərçivəsində "Avropa qitəsində sülh və təhlükəsizlik" mövzusunda keçirilən dəyirmi masada çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev qeyd edib ki, İkinci Qarabağ müharibəsindən sonra regionda yeni vəziyyət yaranıb. Ermənistan tərəfindən 30 illik işğala, işğal dövründə törədilmiş dağıntılara, vəhşiliklərə baxmayaraq, Azərbaycan Ermənistanla sülh müqaviləsinin imzalanması təklifi ilə çıxış edib. Bu sülh müqaviləsinin əsasını Azərbaycanın təklif etdiyi 5 prinsip təşkil etdiyini dövlət başçısı diqqətə çatdırıb. Prezident İlham Əliyev Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesində və Brüssel sülh gündəliyinin formalaşmasında Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin iştirakı və təşəbbüsü ilə keçirilmiş görüşlərin əhəmiyyətini vurğulayıb. Dövlətimizin başçısı, həmçinin Cənubi Qafqazda sülh və sabitliyin təmin olunması baxımından Azərbaycan-Gürcüstan-Ermənistan, yəni, üçlü formatda vahid müzakirə platformasının yaradılmasının vacibliyini də qeyd edib. Azərbaycan Prezidenti İlham Əliyev, Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüşlərin nəticəsi olaraq bəyanat qəbul olunub. Bəyanatda deyilir ki, Ermənistan və Azərbaycan BMT Nizamnaməsinə və 1991-ci Alma-Ata bəyannaməsinə sadiqliyini bir daha nümayiş etdirərək, bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıyır. Tərəflər bildiriblər ki, bu, delimitasiya üzrə komissiyanın fəaliyyəti üçün əsasdır və komissiyanın növbəti iclası oktyabrın sonunda Brüsseldə keçirilməlidir.Əlbəttə ki, Praqa görüşünün nəticələrini Azərbaycanın növbəti diplomatik qələbəsidir. Görüş regionda sülhün, əməkdaşlığın təmin olunması istiqamətində növbəti addımdır və Prezident İlham Əliyev regionda yeni reallıqların müəllifidir.
Əvəz Qocayev,
YAP Nəsimi rayon təşkilatının ərazi partiya təşkilatının sədri, AAYDA İdarə Heyətinin sədr müavini
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB