Azərbaycan XİN: Erməni hərbçiləri ərazilərimizdən tam çıxarılmayıb

Azərbaycan XİN: Erməni hərbçiləri ərazilərimizdən tam çıxarılmayıb

Ermənistan tərəfindən hələ də üçtərəfli bəyanatlar tam icra edilməyib, erməni hərbçilər Azərbaycan ərazilərindən tam çıxarılmayıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının oktyabrın 12-də Astana şəhərində keçirilən iclasında çıxışı zamanı deyib.

Nazir, həmçinin Ermənistan tərəfindən təxribatların davam etdirildiyini iclas iştirakçılarının diqqətinə çatdırıb. O qeyd edib ki, sentyabrın 13-14-də sərhəd zonasında Azərbaycan qüvvələrinin təminat yollarının minalanması cəhdi ilə başlanan növbəti hərbi təxribat çoxsaylı insan itkisinə səbəb olub.

Bütün xəbərlər Facebook səhifəmizdə