"Ermənistan özünü təcrid olunmuş və çıxılmaz bir duruma salıb. Xüsusilə, Praqa danışıqlarından sonra orada Azərbaycanın xeyrinə səslənən bəyanatlar və ermənilərin status məsələsinə toxunulmaması erməni cəmiyyətində narahatlıq yaradıb. Qarabağda yaşayan ermənilər gələcək taleləri ilə bağlı Paşinyandan bir neçə şey tələb edirlər. Azərbaycan isə bildirib ki, bu bizim daxili işimizdir". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan-Amerika Gəncləri İctimai Birliyinin sədri Vüqar Əhmədov deyib.

Onun sözlərinə görə, Ermənistana təzyiqlər var: "Nikol Paşinyandan açıqlamalar istənilir. Digər tərəfdən Paşinyanın danışıqlar platformasını Qərbə daşıması Rusiyada narahatlıq yaradıb. Artıq Rusiyanın müəyyən dairələri tərəfindən Ermənistana sərt tənqidlər yönəlib ki, Ermənistan Rusiyaya xəyanət edir.
Bildiyimiz kimi, Rusiya da danışıqlar aparır və tənzimləmə prosesində liderlərin görüşünü təşkil edir. Amma Paşinyan daha çox Qərb platformasında bu danışıqların təşkilinin tərəfdarıdır".
Vüqar Əhmədov sözlərinə belə davam edib: "Bütün bunlar göstərir ki, danışıqlar intensivləşib. Azərbaycan tərəfindən də məsələlərlə bağlı dəqiqləşmələr tələb olunur. Türkiyə də Ermənistandan konkret cavab gözləyir. Ermənistan küncə sıxılmış vəziyyətdədir və öhdəliklərinin əksəriyyətini yerinə yetirməyib.
Paşinyan Ermənistan daxilində ziddiyyətli bəyanatlar verir. Görünür ki, Paşinyan hələ çıxış yolunu təxribatda görür. O düşünür ki, bu yolla ermənilərin diqqətini yayındıracaq".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB