Erməni politoloqu: “Ermənistanın bir hissəsi Azərbaycandır və nöqtə...” İDDİA

Erməni politoloqu: “Ermənistanın bir hissəsi Azərbaycandır və nöqtə...” İDDİA

Bir neçə gün əvvəl Ermənistanın hakim “Vətəndaş sazişi” partiyasının parlament fraksiyasının deputatı Vaaqn Aleksanyan bəyan etmişdi ki, Gorus-Qafan yolu 9 noyabr (10 noyabr-R.R.) 2020-ci ildə qəbul edilmiş bəyanata əsasən, Azərbaycanın ərazisidir və Ermənistanın bu ərazilərə iddiası qeyri-mümkündür.

Erməni deputatının bu fikirləri erməni siyasi-ictimai rəyində, xüsusilə revanşist dairələrdə qıcıq yaradıb və maraqlıdır ki, bu kimi hallarda onlar söz deməkdən o tərəfə keçə bilmirlər, daha dəqiq desək, boş-boş çərənləyirlər. Necə deyərlər, dəyirman öz işindədir, çax-çaxı baş ağrıdır...

Erməni hakimiyyətinə mənsub olan deputatın yuxarıda qeyd edilən fikirlərindən qıcıqlanan daha bir revanşist – “Politekonomiya” araşdırmalar institunun politoloqu Benyamin Matevosyan Sputnik Armeniyaya bildirib ki, Ermənistanda öz səhvləri üzərində öyrənməyi sevmirlər. O, bir sıra erməni siyasətçilərin Azərbaycanla sülhə nail olunacağı halda həmin sülh möhkəmlənəcəyi barədə düşüncələrini yanlış hesab etdiyini iddia edib. Onun sözlərinə görə, Ermənistan bundan sonra da dövlətçiliyini itirmək təhlükələri ilə qarşılaşacaq və onsuz da sülh əldə edilməyəcək – hətta Gorus-Qafan yolu, yaxud digər məntəqələr Azərbaycana təhvil veribsə də belə...

Matevosyan daha sonra bildirib ki, 2020-ci ildən başlayaraq onlar hakimiyyətdən müvafiq xarakterli bəyanatlar eşidirlər: “Necə ki, müharibəyə qədər “Qarabağ Ermənistandır və nöqtə” deyilirdisə, indi onlar “Qarabağ Azərbaycandır və nöqtə” deyirlər. Üstəlik, parlament tribunasından faktiki olaraq eşidirik ki, Ermənistanın bir hissəsi Azərbaycandır və nöqtə...”

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə