Yasamalda şəhid-kapitan Nurlan Mustafayevin məzarı ziyarət olunub FOTOLAR

Yasamalda şəhid-kapitan Nurlan Mustafayevin məzarı ziyarət olunub FOTOLAR

YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, Yasamal rayon Bələdiyyəsinin sədri Tahir Məmmədov, YAP Yasamal rayon təşkilatının və Yasamal rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal rayon İdarəsinin rəisi polkovnik-leytenant Ramin Şükürov, şəhidin ailə üzvləri, yaxınları və Yasamal rayon ictimaiyyəti tərəfindən İkinci Fəxri Xiyabanda 44 günlük Vətən müharibəsi şəhidi, Xüsusi Təyinatlı Qüvvələrin kapitanı Mustafayev Nurlan Hamlet oğlunun məzarı ziyarət olunaraq, dərin ehtiramla yad edilib, ruhuna dualar oxunub.Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə, Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə bildiriblər.Qeyd edək ki, Cənab Prezident İlham Əliyevin Sərəncamına əsasən, Mustafayev Nurlan Hamlet oğlu ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni və "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

Allah şəhidlərimizə rəhmət eləsin!

Nəzakət Ələddinqızı

Bütün xəbərlər Facebook səhifəmizdə