Azərbaycanda İCESCO-nun Regional Ofisi yaradılacaq.
SİA xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikası Hökuməti ilə İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı – İCESCO arasında İCESCO-nun Regional Ofisinin yerləşməsi haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi müzakirəyə çıxarılıb.
Deputatlar qeyd edib ki, regional ofisin yaradılması Azərbaycan ilə İCESCO arasında əlaqələrin inkişafına töhfə verəcək.
Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq qəbul edilib.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB