"Dünyanın aparıcı dövlətləri bu problemin sonacan həll edilməsinə maraqlı olmalıdır" - AYDIN MİRZƏZADƏ

"Dünyanın aparıcı dövlətləri bu problemin sonacan həll edilməsinə maraqlı olmalıdır" - AYDIN MİRZƏZADƏ

"Toxunmaq istədiyim məsələ bu günlərdə Çexiyanın paytaxtı Praqa şəhərində Avropa Siyasi Birliyi deyilən bir tədbirin keçirilməsi idi. Bu, olduqca mühim bir tədbir idi. Bütün Avropa bu tədbirə ciddi yanaşırdı". SİA xəbər verir ki, bu sözləri Milli Məclisin plenar iclasında deputat Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, tədbirin əsası Azərbaycan-Ermənistan-Türkiyə tərəflərinin görüşü oldu: "Avropanın iki mühüm siyasi fiqurunun, Aİ Şurasının sədri Şarl Mişelin bu görüşlərdə iştirakı onu göstərdi ki, bu gün regionda Azərbaycan-Ermənistan məsələsi dünya üçün olduqca mühüm bir məsələdir.

Əlbəttə, Fransa rəhbərinin bu tədbirlərdə vasitəçilik etmək missiyasını Azərbaycan nomal qarşılayır. Hesab edirəm ki, dünyanın aparıcı dövlətləri bu problemin sonacan həll edilməsinə maraqlı olmalıdır. Amma başa düşülən deyil ki, bir tərəfdən Fransa Prezidenti iki dövlət arasında münaisbətlərin normallaşmasına səy göstərir. Amma üzərindən az bir vaxt keçdikdın sonra onun XİN naziri Fransa parlementində çıxış edərək Azərbayacana böhtanlar yağdırır. Bunu başa düşmək olmur".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə