Ukrayna prezidenti Volodimir Zelenski ilə Fransa prezidenti Emmanuel Makron arasında telefon danışığı olub. SİA xəbər verir ki, telefon danışığında Makron Ukraynaya daha çox dəstək verəcəyinə söz verib.
Fransa prezidenti Emmanuel Makron Rusiyanın Ukraynanın paytaxtı Kiyev və bir sıra digər şəhərlərə çoxsaylı hava zərbələri endirməsindən sonra Ukraynaya daha çox dəstək vəd edib.
Makron telefon danışığı ilə bağlı verdiyi açıqlamada "Hərbi texnika da daxil olmaqla, Kiyevin müəyyən etdiyi ehtiyaclara cavab olaraq Fransanın Ukraynaya dəstəyini artıracağına" söz verib. Hücumlarla bağlı narahatlığını vurğulayan Makron G7 ölkələri və onların Avropalı müttəfiqləri ilə sıx əlaqədə olduğunu bildirib.
Qeyd edək ki, Ukrayna hakimiyyəti bu gün səhər saatlarında Rusiyanın paytaxt Kiyev, Lvov, Dnepr və Zaporojyaya hücumları nəticəsində 11 nəfərin öldüyünü, 64 nəfərin yaralandığını bildirib. Ukraynanın paytaxtı Kiyevdəki Almaniya səfirliyinin viza bölməsinin də yerləşdiyi binaya hücumlar nəticəsində ziyan dəyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB