"Ukraynanı qorxutmaq və ya dayandırmaq mümkün deyil" - ZELENSKİ
Ukrayna prezidenti Volodimir Zelenski bu gün səhər saatlarında "teleqram" hesabındakı video paylaşımında Rusiya qüvvələrinin Ukraynanın bir çox bölgələrində həyata keçirdiyi hücumlara reaksiya verib. SİA xəbər verir ki, Kiyevdə səhər saatlarında raket hücumları nəticəsində zədələnmiş infrastrukturu təmir edən tikinti texnikası qarşısında açıqlama verən Zelenski, "Hazırda ölkə daxilində bərpa işləri davam edir" dedi.
Rusiyanın Ukrayna şəhərlərinə ümumilikdə 84 qanadlı raket atdığını və bunlardan 43-nün Ukrayna Hava Hücumundan Müdafiə Sistemləri tərəfindən məhv edildiyini qeyd edən Zelenski, rusların göndərdiyi İran istehsalı olan 24 İHA-dan 13-nün Ukrayna hərbçiləri tərəfindən vurulduğunu da bildirib.
Zelenski çıxışında deyib: “Ukraynanın qorxuya düşməsi mümkün deyil, yalnız bundan da artıq birləşmək olar. Ukraynanı dayandırmaq mümkün deyil. İndi işğalçılar bizi döyüş meydanında məğlub edirlər və buna görə də bu terrora əl atırlar".
Ukraynada hava hücumları təhlükəsi davam etdiyi üçün vətəndaşları diqqətli olmağa çağıran Zelenski müharibədə qalib gələcəklərini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB