"Ermənistanda revanşistlərin başqa heç bir variantı qalmadı" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
"Praqa görüşü və orada qol çəkilən sənədlərin bütün dünya, o cümlədən Azərbaycan üçün çox böyük əhəmiyyəti var. Bunu Azərbaycanın xarici diplomatiyada qələbəsi kimi qiymətləndirirəm". Bu sözləri SİA-ya açıqlamasında deputat Rüfət Quliyev deyib.
Onun sözlərinə görə, Ermənistandan hansısa bir şərh gözləmək artıq lazım deyil: "Düşünürəm, erməni xalqının əksəriyyəti başa düşdü ki, başqa yol yoxdur. Yanlız bir yol var və bu da Azərbaycanla sülh müqaviləsi bağlamaq yoludur".
Deputat sözlərinə belə davam edib: "Cəmiyyətdə böyük dəyişikliklər var. Bu, bir tərəfdən Dəmir Yumruq, digər tərəfdən səbr, üçüncü tərəfdən uğurlu diplomatiya ilə bağlıdır. Bu üç faktorun vəhdədi müsbət yekunlara çatdırır.
Təbiidir ki, revanşist qüvvələr Ermənistanda səs-küy qaldırırlar. Onlar Nikol Paşinyanı dünyada bəlkə də ən çox səhv edən erməni və milli maraqları satan biri kimi qiymətləndirirlər. Bu onların öz fikridir. Erməni xalqı susmağı ilə başqa yolun olmadığını sübut etdi. Düşünürəm ki, ilin axırına, bəlkə də gələn ilin əvvəlinə sülh müqaviləsi Azərbaycanın təklif və tələb edən şərtlərlə bağlanacaq.
Məsələ beynəlxalq standartlar, Avropanın aparıcı siyasi qüvvələri, o cümlədən ermənipərəst ölkənin nümayəndəsi Makronla razılaşdırılmış formadadır. Ermənistanda revanşistlərin başqa heç bir variantı qalmadı".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB