Şəhid Elvin Babayevin barelyefinin açılışı olub

Şəhid Elvin Babayevin barelyefinin açılışı olub

Nəsimi rayonu, leytenant K.Kərimov adına 8 nömrəli tam orta məktəbdə, məktəbin məzunu "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilmiş Vətən müharibəsi şəhidi Babayev Elvin Əkbər oğlunun barelyefinin açılışı olub. Tədbirdə Nəsimi rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov rayonun idarə, təşkilat rəhbərləri və şəhidin ailə üzvləri iştirak ediblər. Barelyefin açılışından sonra Vətən müharibəsi şəhidi Babayev Elvin Əkbər oğlunun təhsil aldığı sinfə baxış keçirilib, xatirəsi anılıb. Məktəbin akt zalında şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilərək, Azərbaycanın dövlət himni səsləndirilib. Daha sonra tədbir iştirakçılarına məktəblilərin ifasında şəhidin xatirəsinə həsr olunmuş kompozisiyalar təqdim olunub. Bildirilib ki, Vətən Müharibəsi bizim şanlı tariximiz, şəhidlər və qazilər qürur mənbəyimizdir. Biz torpaqlarımızı azad etməklə dünyada yenidən tanındıq, özü də bu dəfə qalib dövlət, qalib xalq kimi. Qeyd olunub ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev bu zəfərlə Azərbaycan dövlətçiliyinin ən şərəfli səhifələrindən birinin müəllifi oldu. Tədbirin sonunda Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Nəzakət Ələddinqızı

Bütün xəbərlər Facebook səhifəmizdə