Praqa görüşü - Prezident İlham Əliyevin növbəti diplomatik uğurudur

Praqa görüşü - Prezident İlham Əliyevin növbəti diplomatik uğurudur

Son illər Azərbaycanla Avropa İttifaqı arasında münasibətlər yeni inkişaf səviyyəsinə yüksəlib və Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolu daha da yüksəlib. Məhz bu gün Avropa İttifaqı birmənalı şəkildə Prezident İlham Əliyevin regional liderliyini qəbul edir. Belə ki, son iki ayda dövlət başçımız İlham Əliyevlə dünya liderləri, dövlət və hökumət başçıları arasında dialoq, telefon danışıqları, ölkə Prezidentinə ünvanlanmış məktublar bir daha Azərbaycan Prezidentinin dünyada nüfuzunun göstəricisidir.

Belə ki, Azərbaycan Prezidenti İlham Əliyevin aprelin 6-da Belçika Krallığının paytaxtı Brüsselə səfəri, burada Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan baş naziri Nikol Paşinyanla görüşləri və bu görüşlərdə əldə olunmuş nəticələr Azərbaycanın milli maraqlarının təmin olunması istiqamətində həyata keçirilən ardıcıl və məqsədyönlü siyasətin növbəti böyük uğuru olmuşdur.

Məhz Azərbaycan Prezidenti İlham Əliyevin Brüssel görüşləri və apardığı danışıqlar nəticəsində Brüssel sülh gündəliyi kimi yeni format yaranıb. Və ilk belə görüş 2021-ci il dekabrın 14-də baş tutub. Bu il aprelin 6-da keçirilən görüşün nəticəsi olaraq Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların başlanması və bununla bağlı işçi qrupun yaradılması qərara alınıb. Sülh razılaşmasının əsasını Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət təklif təşkil edir və sənəddə əsas məqam Azərbaycanın ərazi bütövlüyüdür.

Btr sözlə, avqust ayının 31-də Brüsseldə Avropa İttifaqının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə keçirilmiş sayca 4-cü görüşün nəticələri bir daha onu göstərir ki, bu görüşün nəticələrinə uyğun olaraq Azərbaycanın diplomatik qələbəsi, böyük və vacib uğurudur. Lakin bu gün 44 günlük "Vətən müharibəsi" nəticəsində imzalanan Birgə Bəyanata əsasən Ermənistanın götürdüyü öhdəlik olmasına baxmayaraq, hələ də terrorçu dövlət öz öhdəliyinin pozulması faktı son dərəcə biabırçı faktdır. Kommunikasiyaların açılması artıq həyata keçməli idi. Ona görə ki, bu, Ermənistanın 2020-ci il noyabrın 10-da götürdüyü, amma yerinə yetirmədiyi öhdəlikdir. Və Ermənistanın ardıcıl olaraq törətdiyi təxribatı sülh proseslərinə ciddi şəkildə ziyan vurmaqla yanaşı, xalqımıza qarşı da törədilən növbəti terror aktıdır. Müharibənin bitməsindən təqribən 2 ilə yaxın bir müddət keçməsinə baxmayaraq ermeni silahlı qüvvələri hələ də tam şəkildə ərazimizi tərk etməyib və bu özbaşınalığa son qoyudmalıdır. Çünki dünya birliyi artıq açıq şəkildə söyləyir ki, Qarabağ Azərbaycandır!!!

Və Praqada keçirilən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Fransa Prezidenti Emmanuel Makron, Ermənistanın Baş Naziri Nikol Paşinyanın iştirak etdiyi dördtərəfli görüş sülh müqaviləsinin imzalanması istiqamətində atılan qəti addımlardan biridir. Azərbaycan Respublikasının Prezidenti tərəfindən hazırlanmış beş baza prinsip, güc tətbiq etməmək və ya güclə hədələməmək, dövlətlərin suveren bərabərliyi, sərhədlərin toxunulmazlığı, dövlətlərin ərazi bütövlüyü, əməkdaşlıq və bir-birinin daxili işlərinə qarışmamaq kimi beynəlxalq hüququn əsas prinsiplərinə tam uyğundur. Bu prinsiplər Ermənistan tərəfindən müsbət qəbul olunub.

Bir sözlə, Praqada təşkil olunmuş görüşlərə diqqət yetirsək, bir daha bütün görüşdərdə ölkəmizin milli maraqları təmin olunur. Növbəti 5 saatdan artıq davam edən görüşdə də ölkəmizin mövqeləri prinsipial olaraq təmin olundu və Azərbaycana təzyiq göstərilməsi cəhdlərinin Prezident İlham Əliyevin peşəkar diplomatiyası nəticəsində qarşısı alındı. Görüşün sonunda dövlətimizin başçısının peşəkarlığı, dönməz siyasi iradəsi, dəyişməz mövqeyi sayəsində Azərbaycan bu nailiyyətə imza atdı və ölkəmizin maraqlarını şərəflə təmin etdi. Sübut etdi ki, heç bir ermənipərəst qüvvə Azərbaycana təzyiq göstərə bilməz! Bir sözlə,Azərbaycan şərtləri diqtə edən əsas tərəf statusunu bu dəfə də qoruyub saxlayıb. Belə vəziyyət artıq Ermənistan üçün çıxılmaz vəziyyətdir və qərar verməlidir. Azərbaycanın mövqeyi güclüdür və onun bu mövqeyini dünyanın aparıcı super dövlətləri dəstəklədiyinə görə Prezident İlham Əliyev bu danışıqlarda bizim milli maraqları inamla müdafiə edir. Bir sözlə, Praqa görüşü göstərdi ki, sülh müqaviləsi istiqamətində ciddi irəliləyişlər olacaq. Bu baxımdan da Praqa görüşü Azərbaycanın növbəti siyasi-diplomatik uğurudur.

FUAD HEYDƏR,

YAP Səbail rayon təşkilatının təlimatçısı

Bütün xəbərlər Facebook səhifəmizdə