Tbilisidən İrəvan-Bakı sülh dialoquna yardım təklifi

Tbilisidən İrəvan-Bakı sülh dialoquna yardım təklifi

Gürcüstanın yüksək rütbəli rəsmiləri dəfələrlə bəyan ediblər ki, Tbilisi Bakı ilə İrəvan arasında danışıqlarda vasitəçi olmağa hazırdır. SİA xəbər verir ki, xarici işlər naziri İlya Darçiaşvili Gürcüstanın növbəti dəfə Ermənistan və Azərbaycana sülh dialoqu üçün öz platformasını təklif edir.

“Tiflis danışıqlardan konkret nəticələr əldə etmək və regionumuza sülh və sabitlik gətirmək üçün qonşularımızın sakit və dinc dialoq apara biləcəyi yer olmağa hazırdır”, o, jurnalistlərə bildirib.

Nazirin sözlərinə görə, tərəflərin görüşü istənilən vaxt və istənilən yerdə ilkin şərt olmadan keçirilə bilər.

O xatırladıb ki, ötən il Gürcüstanın baş nazirinin iştirakı ilə danışıqların yekunlarına əsasən konkret nəticə əldə olunub və bir neçə ay əvvəl Gürcüstanda iki ölkənin xarici işlər nazirlərinin görüşü keçirilib.

Bundan əvvəl 6 oktyabr 2022-ci il tarixində Praqada Baş nazir Nikol Paşinyan, Prezident İlham Əliyev, Prezident Emmanuel Makron və Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin dördtərəfli görüşü olub. Nəticədə bəyanat qəbul edilib. Bəyanatda deyilir ki, Ermənistan və Azərbaycan BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiqliklərini bir daha təsdiqləyiblər ki, bu bəyannamə vasitəsilə hər iki tərəf bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyır. Delimitasiya komissiyasının növbəti iclası oktyabrın sonunadək Brüsseldə keçiriləcək. Ermənistan Azərbaycanla sərhəddə (ən azı iki ay müddətinə) Aİ-nin mülki missiyasını təşviq etməyə razılaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə