"Artıq bütün dünya konkret olaraq Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir" - DEPUTAT ŞƏRH ETDİ

"Artıq bütün dünya konkret olaraq Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir" - DEPUTAT ŞƏRH ETDİ

"Praqada təşkil olunan “Avropa siyasi birliyi” Zirvə toplantısında Prezident İlham Əliyevin iştirakı və uğurlu gedişləri bir daha Azərbaycan diplomatiyasının böyük təntənəsi hesab edilməlidir". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyev həm Ermənistanın baş naziri Nikol Paşinyan ilə, həm də digər ölkə rəhbərləri ilə görüşlərində Azərbaycanın milli maraqlarını yüksək səviyyədə təmsil etdi: "Azərbaycan və Ermənistan dövlət başçıları arasındakı görüş və artıq sülh müqaviləsinə yaxınlaşdığımızı göstərir. Dövlət başçısı İlham Əliyev Azərbaycan telekanallarına müsahibə verərkən qeyd etdi ki, bu görüşlər çox pozitiv məcrada davam etdi. Bundan sonra XİN rəhbərlərinin, İşçi Qruplarının görüşləri davam etdirilməlidir. İkinci maraqlı məqam Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan, Avropa İttifaqının Prezidenti Şarl Mişel və Fransa Prezidenti Emmanuel Makron ilə olan görüş və orada Nikol Paşinyanın Azərbaycanın ərazi bütövlüyünün tanınmasını qeyd etməsi diplomatiyamızın ən böyük uğuru sayılmalıdır. Artıq bütün dünya konkret olaraq Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Düşünürəm ki, bu, Prezidentin xarici siyasətdəki uğurlu gedişlərinin sayəsində oldu. Yaxın zamanda bu görüşün nəticələrinin şahidi olacağıq".

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə