"Hələ uzun müddət Rusiya-Ukrayna müharibəsi davam edəcək" - POLİTOLQ ŞƏRH ETDİ
"Təəssüflər olsun ki, hələ uzun müddət Rusiya-Ukrayna müharibəsi davam edəcək". Bu fikirləri SİA-ya açıqlamasında politoloq İlqar Vəlizadə bildirib.
Onun sözlərinə görə, çox güman ki, bu müharibə latent xarakter alacaq: "Yəni tərəflər genişmiqyaslı əməliyyatlardan çox lokal əməliyyatlara üstünlük verəcəklər. Müharibə bu və ya digər şəkildə müəyyən olunmuş cəbhə xətti üzrə davam edəcək. Bu da təəssüflər olsun ki, qeyri-müəyyənlik dövrünün uzanmasına gətirib çıxaracaq. Nəinki hərbi-siyasi məsələlərdə, eyni zamanda iqtisadi məsələlərdə də bu, çox ciddi problemlərə səbəb ola bilər. Qarşıdakı illərdə həm Avropaya, həm də dünyaya Rusiya-Ukrayna müharibəsi qeyri-müəyyən perspektivlər vəd edir”.
Müəllif: Abutel İlhamqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB