Biləsvarda şəhidlərin ildönümləri qeyd olunub FOTOLAR

Biləsvarda şəhidlərin ildönümləri qeyd olunub FOTOLAR

Oktyabr ayının 6-da Vətən müharibəsində böyük rəşadət və igidlik göstərərək şəhidlik zirvəsinə ucalan “Vətən Müharibəsi Qəhrəmanı” şəhid Əkbərov Orxan Nadir oğlunun və şəhid Bayramov Elmin Elməddin oğlunun şəhadətlərinin ikinci ildönümləri qeyd olunmuşdur. Mərasimdə YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, RİH-i başçısının birinci müavini Azər Cəfərli, SHXÇDX-nın Biləsuvar rayon şöbəsinin rəisi Nağı Cəfərov, partiya fəalları, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak edərək şəhidlərimizin əziz xatirələrini ehtiramla anıb, ruhlarına dualar oxuyub və valideynlərinə başsağlığı veriblər.

Allah rəhmət eləsin!

Bütün xəbərlər Facebook səhifəmizdə