YAP Tərtər rayon təşkilatının əməkdaşları yaralı hərbçi ilə görüşüblər FOTOLAR
06 oktyabr 2022- ci il tarixdə Yeni Azərbaycan Partiyası Tərtər rayon təşkilatının sədri Eldar Əsədov və təşkilatın məsul əməkdaşları, Tərtər rayon Qaradağlı İƏD üzrə nümayəndə Razil Məmmədov Ermənistan silahlı qüvvələri tərəfindən 12-13 sentyabr tarixində Azərbaycan-Ermənistan dövlət sərhəddinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində törətdikləri genişmiqyaslı təxribatların qarşısını alarkən yaralanan, rayonun Qaradağlı kənd sakini, hərbiçi Abbasov Vüsal Fazil oğluna baş çəkərək onun səhhəti və qayğıları ilə maraqlanmışlar. Qeyd edək ki, Abbasov Vüsal Fazil oğlu 44 günlük Vətən müharibəsində göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən “Laçının azad olunmasına görə” və “ Vətən uğrunda “ medalları ilə təltif edilmişdir. Sonda yaralı hərbiçimiz dövlət səviyyəsində onlara göstərilən diqqət və qayğıya görə Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirmişdir.
Allah Müzəffər Ali Baş Komandanımızı və Qalib Azərbaycan Ordusunu qorusun!
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB