Hulusi Akar Azərbaycana gəlib - FOTO

Türkiyənin milli müdafiə naziri Hulusi Akar Azərbaycana səfər edib. SİA-nın məlumatına görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi bildirib.

Naziri səfər zamanı Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi Yaşar Gülər, eləcə də qoşun komandanları müşayiət edir.

Türkiyə nümayəndə heyətini müdafiə naziri Zakir Həsənov qarşılayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə