Ulu Öndər yolu Zəfər yoludur ŞƏRH

Ulu Öndər yolu Zəfər yoludur ŞƏRH

Mövcud fakt ondan ibarətdir ki, Azərbaycan tarixinin böyük bir hissəsi Ulu Öndər Heydər Əliyevin adı və titanik fəaliyyəti ilə bağlıdır. Bu baxımdan tam qətiyyətlə demək olar ki, Azərbaycanın bugünkü uğurları Dahi Öndərimiz Heydər Əliyev strategiyasının təntənəsidir. Unutmaq olmaz ki, o dövrdə ölkədə ağır böhran hökm sürürdü. Bundan istifadə edən məkrli düşmən ardıcıl olaraq torpaqlarımızı işğal edirdilər. Bu kimi ağır problemlərin həllinə səy göstərməkdənsə AXC-Müsavat iqtidarı narazı xalqın üzərinə güc strukturlarını göndərir, onları zor gücünə sakitləşdirməyə çalışırdı. Azərbaycanda vətəndaş müharibəsi qaçılmaz idi. Ancaq aydın təfəkkürlü ziyalılar, böyük xalq kütlələri vətəndaş müharibəsindən qaçmağın və ölkənin düşdüyü böhrandan çıxarılması yolunu Ulu Öndərimiz Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsində gördülər. Bu məqsədlə YAP-ın qızıl fondu hesab edilən 91 ziyalı 1992-ci il oktyabrın 16-da “Səs” qəzeti vasitəsilə Ulu Öndər Heydər Əliyevə müraciət etdi. Müraciətdə deyilirdi: “Dövlət quruculuğundakı çoxillik təcrübənizə əsaslanaraq Siz qısa müddətdə Azərbaycanda geniş xalq kütlələrini özündə birləşdirə biləcək böyük, güclü, nüfuzlu və işlək partiya yarada bilərsiniz. Öz adımızdan və on minlərlə respublika vətəndaşı adından Sizdən xahiş edirik ki, təşəkkül tapan Yeni Azərbaycan Partiyasına rəhbərlik etməyə razılıq verəsiniz. Azərbaycan Sizin sözünüzü və qəti qərarınızı gözləyir”. 24 oktyabr 1992-ci il də ziyallara cavab məktubunda Ümummilli Lider Heydər Əliyev qeyd etmişdir: “Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdən doğur. Belə partiya Azərbaycanın siyasi-ictimai həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər”. Bu tarixi fikirləri ilə Dahi Öndərimiz Yeni Azərbaycan Partiyasına rəhbərlik etməyə razılığını verdi və 1992-ci il noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Qurultayda Ulu Öndər Heydər Əliyev partiyanın Sədri seçildi. Ümummilli Lider Heydər Əliyevin YAP-ın Sədr seçilməsi tarixi zərurət idi. O dövrün ağır hadisələri barədə Ulu Öndərimiz Heydər Əliyev deyirdi: “Yeni Azərbaycan Partiyası Azərbaycanda gedən ictimai-siyasi proseslərin içərisindən çıxan zərurətdir. Yeni Azərbaycan Partiyasının fərqi ondan ibarətdir ki, bu partiya onu yaratmaq, siyasi fəaliyyətlə məşğul olmaq istəyən adamların istəkləri ilə, bir təşkilati mərkəz olmadan, ağır şəraitdə, böyük təqiblər şəraitində yaranmış bir partiyadır”.

1993 -cü ilin keşməkeşli iyun günlərində xalqın təkidli tələbi və xahişi ilə yenidən hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev respublikamızda ictimai siyasi sabitliyi təmin etdi, vətəndaş qarşıdurmasını aradan qaldırmaqla milli qurtuluşa nail oldu. Əldə olunan nəticələrə, parlaq qələbələrə əsaslanaraq o fikiri vurğulamq lazımdır ki, həqiqətəndə 15 iyun əsl qurtuluş tarixi, Azərbaycan xalqının mübarizəsinin tarixində ən mühüm hadisədir. Bu tarixi zəfəri Azərbaycan Respublikasının Milli Məclisi mühüm qərarı ilə tarixləşdirmişdir. Parlamentin 27 iyun 1997-ci il tarixli qərarı ilə 15 iyun günü Azərbaycan xalqının Milli Qurtuluş Günü elan edilmişdir. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Ulu Öndər Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Respublikasının Ali Sovetinin Sədri seçildi. Milli Məclisin həmin gün keçirilən iclasında Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan etdi və sonrakı illərdə bu strategiyanı həyata keçirdi.1993-cü ilin oktyabrında keçirilən prezident seçkisində Dahi Öndərimiz Heydər Əliyev böyük səs çoxluğu ilə Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Xalqdan mühüm dəstək alan Ulu Öndər ən qısa müddətdə ölkədə ictimai-siyasi sabitliyi bərpa etdi, sosial-iqtisadi inkişafa nail oldu. Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başladı. Dahi Öndərin inkişafına önəm verdiyi əsas sahələrdən biridə müasir Azərbaycan Ordusunun qurulması oldu. Göstərilən diqqət və qayğı, mühüm yanaşmalar hesabına müasir Azərbaycan ordusu quruldu, Cənubi Qafqazın ən güclü, qüdrətli ordusuna çevrildi. Bu baxımdan demək olar ki, bu günkü güclü Azərbaycan Ordusunun yaradılması və inkişafı xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır. Həm də onu da qeyd etmək olar ki, 44 günlük Vətən müharibəsində əldə olunan parlaq qələbənin başlanığıcı elə Dahi Öndərimiz Heydər Əliev tərəfindən qoyulmuşdu. Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı işğaldan azad edərək Ümummilli Lider Heydər Əliyevin ən böyük arzusunu yerinə yetirdi. 30 ilə yaxın işğal altında olan torpaqlarımız 44 günlük Vətən müharibəsində azad edildi, ərazi bütövlüyümüz bərpa olundu. Əldə edilən parlaq zəfər Ali Baş Komandan İlham Əliyevin ATA vəsiyyətini yerinə yetirməsi demək idi. Təbii ki, bu uğurlar davamlı xarakter daşıyacaq. Çünki Dahi Öndərimiz Heydər Əliyevin əsasını qoyduğu siyasət xalqa rifah, dövlətə tərəqqi vədd edir.

Laçın İsmayılov

YAP Göyçay rayon təşkilatının sədr müavini

Bütün xəbərlər Facebook səhifəmizdə