YAP Daşkəsən rayon təşkilatı tədbirlərin keçirilməsinə start verdi FOTOLAR

YAP Daşkəsən rayon təşkilatı tədbirlərin keçirilməsinə start verdi FOTOLAR

Yeni Azərbaycan Partiyasının 30 illik yubileyi ilə bağlı YAP Daşkəsən rayon təşkilatı tədbirlərin keçirilməsinə start verilib. Tərtib olunmuş tədbirlər planının tələblərinə uyğun olaraq 03 oktyabr 2022-ci il tarixdə Gənclər və İdman İdarəsi, Daşkəsən Kapital Bank Alunitdağ qəsəbə, Gurbulaq, Əmirvar, Tapan və Qabaqtəpə kənd ərazi partiya təşkilatlarında yubiley tədbirləri keçirildi.Yığıncaqlarda YAP rayon təşkilatı sədrinin müavini Elşən Alıyev,məsul işçilər Sərdar Xıdırov və Elvin Əliyev iştikak etdi. Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad edilməsində şəhid olanların ruhu bir dəqiqəlik sükutla yad edildi. Çıxış edənlər ölkə Prezidenti Cənab İlham Əliyevin Sərəncamı ilə 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsindən, eyni zamanda ümummilli liderin 1993-cü ilin bu günü keçirilən Prezident seçkisində möhtəşəm qələbəsindən, ölkə Prezidenti cənab İlham Əliyevin uğurlu Bolqarıstan səfərindən və Anım Günü münasibətilə Füzuli rayonunda Qaraxanbəyli kəndi yaxınlığındz uczldılan abidənin önündə xalqımıza müraciət etməsindən ətraflı şəkildə söhbət açıblar. Yığıncaqlarda bir qrup gənc partiya sıralarına qəbul olunmaq üçün ərizə ilə müraciət etdi.

Bütün xəbərlər Facebook səhifəmizdə