Müasir Azərbaycan Dövlətinin qurucusu və banisi, bütün türk dünyasının tanınmış lideri Ulu Öndər Heydər Əliyev öikəmizin hərtərəfli inkişafı üçün çox böyük işlər görmüşdür. Olduqca mürəkkəb bir dövrdə xalqın harayına çatan Heydər Əliyev bir çox siyasi xadimin edə bilmədiyini gerçəkləşdirmiş, müasir dünyanın ən yeni çağırışlarına cavab vermək bacarığı ilə dünyanın tanınmış siyasi xadimləri sırasında həmişəlik öz layiqli yerini tutmuşdur. Xalqımızın yetirdiyi nadir şəxsiyyətlərdən olan Heydər Əliyev yaşadığı fırtınalı həyatı boyu hər zaman xalqının rifahını, vətəninin tərəqqisini düşünmüşdür. Onun ürəyi Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, doğma xalqının xoşbəxtliyi üçün çırpınmışdır. Heydər Əliyev bir dövlət başçısı kimi Azərbaycanın ən çətin anlarında onu xilas etmək üçün misilsiz fədakarlıqlar göstərmiş, ölkəsini bəlalardan qurtarmağı bacarmışdır.
Ümummilli Lider ikinci dəfə hakimiyyətə gələndə də yenə özünün siyasi bacarığı gücünə ölkəni vətəndaş müharibəsi təhlükəsindən, ictimai-siyasi pərakəndəlikdən xilas edə bilmiş və doğma xalıqını yenidən vahid bir məfkurə ətrafında səfərbər edib, onun qəlbində sabaha inam hissi yaratmış, düçar olduğu bəlalardan qurtarmaq əzmi aşılamışdır. 1993-cü ilin əvvəllərində hakimiyyətdə olan AXC-Müsavat cütlüyünün səriştəsiz rəhbərliyi sayəsində Respublikada gərginləşən ictimai-siyasi vəziyyət kuliminasiya həddinə çatmışdı. Xalq mövcud hakimiyyətin artıq ölkəni idarə edə bilməməsi və torpaqların ardıcıl olaraq Ermənistan tərəfindən işğal olunmasını görərək, nicat yolunu Heydər Əliyevin ölkəyə rəhbərlik missiyasını üzərinə götürməkdə görürdü. Ulu Öndər xalqın çağırışlarına səs verərək tarixə “Qurtuluş günü” kimi düşən 15 iyun 1993-cü ildə ikinci dəfə siyasi hakimiyyətə qayıtması ilə ölkədə tədricən həyat axarına düşməyə başladı, ölkə anarxiya və məhvolma bəlasından qurtuldu. 1993-cü ili oktyabr ayının 3-də keçirilən Prezident seçkilərində seçicilərin böyük əksəriyyətinin səsini qazanaraq Ulu Öndər Azərbaycan Respublikasının Prezidenti seçildi. Bu seçkilər Azərbaycanı inkişafa aparan yolun ilk pilləsi kimi mühüm önəm daşıdı. Ulu Öndər Prezident seçildikdən sonra ölkəmizin hüquqi və siyasi-iqtisadi müstəqilliyinin təmin olunması istiqamətində ardıcıl və məqsədyönlü addımlar atdı. AXC-Müsavat cütlüyü dövründə bir çox ölkələrlə pozulmuş münasibətləri nizama saldı, çökmüş iqtisadiyyatın bərpa olunması üçün genişmiqyaslı tədbirlər həyata keçirdi, Ordu quruculuğunu ən vacib sahə kimi ön plana çəkdi. Ermənistanla aparılan müharibədə atəşkəsə nail olunması ilə ayrı-ayrı silahlı dəstələrin vahid ordu kimi birləşdirilməsi, ordu quruculuğuna başlanması üçün vaxt əldə edildi. Böyük siyasi iradə nəticəsində bağlanan Neft kontraktları-Əsrin müqaviləsi ölkənin iqtisadi inkişafının təməlini qoydu. 2003-cü ildə Ölkə Prezidenti seçilən İlham Əliyev Ulu Öndərin ideyalarına sadiq qalaraq onun başladığı yolu uğurla davam etdirdi. 2020-ci ilin noyabrın 10-da Ermənistanın məğlubiyyəti ilə başa çatan Zəfər Qələbəsi Ulu Öndərin atalar sözü kimi söylədiyi “inanın ki, biz o torpaqlara qayıdacağıq” sözlərinin həqiqətə çevrilməsinin təntənəsinə çevrildi.
Nazim Bünyatov
YAP Ağcabədi rayon təşkilatının sədr müavini
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB