Şəhid Əliyev Nihad Heydər oğlunun anım günü qeyd olunub ŞƏRH

Şəhid Əliyev Nihad Heydər oğlunun anım günü qeyd olunub ŞƏRH

Anım günü münasibətilə Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının kollektivi, YAP fəalları və şəhidin ailə üzvləri, şəhidin məzarını ziyarət ediblər. Şəhidin məzarı önünə tər güllər düzülüb, ruhuna dualar oxunub. YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov şəhidin ailəsinə dərin hüznlə baş sağlığı verərək, səbr diləyib, eləcə də Azərbaycan ordusunun qüdrətindən, Şəhidlərimizin döyüş zamanı göstərdikləri şücaətdən və vətənpərvərliklərindən söz açıb. İ. İlyasov qeyd edib ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli ordumuz torpaqlarımızı işğaldan azad etdi. Qəhrəman oğullarımızın həyatları bahasına azad olunmuş torpaqlarımızda bu gün müqəddəs bayrağımızın dalğalanması hər birimiz üçün qürurvericidir. Çıxış edənlər, şəhidin həyatından, döyüş yolundan, qəhrəmanlıqlarından bəhs ediblər. Sonra YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov tərəfindən Şəhidin atasına xatirə hədiyyəsi təqdim edilib. Şəhidin ailə üzvləri, Şəhid ailələrinə, Qarabağ qazilərinə və döyüşçülərinə göstərilən dövlət qayğısına görə cənab Prezident İlham Əliyevə və ölkənin birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya dərin təşəkkürünü və minnətdarlığını bildiriblər. Qeyd edək ki, Əliyev Nihad Heydər oğlu Kəlbəcər rayonunun Murovdağ yüksəkliyinin azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 2 oktyabr 2020-ci il tarixində Ağcabədi rayonunun Taxtakörpü ərazisindəki Alxaslı obasında Alxaslı kənd qəbiristanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin Sərəncamlarına əsasən, ölümündən sonra ”Vətən uğrunda” medalı, “Kəlbəcərin azad olunmasına görə“ medalı və “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunmuşdur. Allah şəhidlərimizə rəhmət eləsin.

Bütün xəbərlər Facebook səhifəmizdə