“Ermənistanın Baş naziri növbəti ziddiyyətli bəyanatını səsləndirdi, Azərbaycanla sülh danışıqlarına hazır olduqlarını və bu istiqamətdə işlərə başlandığını bildirdi. Amma çox maraqlıdır ki, Azərbaycanla sülh danışıqlarına "hazır olduğunu" bəyan edən Paşinyan bir neçə gün bundan öncə Azərbaycanın Qarabağla müzakirələrə başlamalı olduğunu və Qarabağın statusunun hansısa separatçı rejiminin tərəf kimi qəbul edilməsi ilə bağlı sərsəm bəyanat səsləndirmişdi”. Bunu politoloq Anar Əliyev “Səs” qəzetinə açıqlamasında deyib.
Onun sözlərinə görə, Paşinyanın Fransa prezidenti Makronla görüşdən sonra belə bir bəyanatın səsləndirməsi daha ciddi qəbul edilə bilər: “Eyni zamanda, qeyd etmək istəyirəm ki Cənubi Qafqazda münasibətlərin tənzimlənməsi ilə bağlı qarşı-qarşıya dayanan iki tərəf var, Azərbaycan və Ermənistan. Hər iki tərəf sülh danışıqlarına hazır olduğunu və münasibətlərin sülh yolu ilə qurulmasında maraqlı olduqlarını, xüsusilə də qarşılıqlı iqtisadi, nəqliyyat, kommunikasiya əlaqələrinin açılmasına hazır olduqlarını bəyan edirlər. Amma tərəflərin ayrı-ayrılıqda sərgilədikləri real davranışları təhlili etdikdə görünür ki, bəli Azərbaycan bu günə qədər üzərinə götürdüyü öhdəliklərin, eyni zamanda, ayrı-ayrı şəxslərin xüsusilə Azərbaycan Prezidentinin dilindən səslənən bəyanatların hər birinin yerinə yetirilməsinə sadiqdir və bu istiqamətdə də real praktik addımlar atılır. Ermənistanla delimitasiya və dekorasiya prosesini və kommunikasiya əlaqələrinin qurulması ilə bağlı işçi qrupunun yaradılması və bu istiqamətdə atılan addımlar bağlı, Azərbaycanın qərb rayonlarının Naxçıvan bölgəsi ilə birləşdirəcək Zəngəzur dəhlizinin Azərbaycandan keçəcək hissəsi ilə bağlı demək olar ki, işlərin qısa müddətdə ərzində həyata keçirilməsi ilə bağlı Laçın dəhlizinin yeni alternativ yolun çəkilməsi və yüksək keyfiyyətli əlaqənin qurulmasına istiqamətlənmiş addımların atılması və bunu reallaşdırılması, atəşkəsin qorunması və davamlı sülhün əldə olunması istiqamətində Azərbaycan tərəfindən edilən real cəhdləri Ermənistanın təxribatçı addımları ilə münasibət bildirməsi göz önünə gəlir”.
A.Əliyev onu da bildirdi ki, Azərbaycan üzərinə götürdüyü öhdəlikləri söz səviyyəsindən real həyatda da tətbiqinə başlayıb və ciddi nəticələr əldə edib: “Ermənistan isə bu günə qədər yalnız bəyanatlar səsləndirmək, öhdəliklər götürməklə bağlı fikirlər bildirmək və bunların real həyatda tətbiqi ilə bağlı heç bir praktik addımların atılmaması ilə yadda qalıb. Ona görə də, hesab edirəm ki, Paşinyanın səsləndirdiyi “Ermənistan Azərbaycanla sülh danışıqlarına hazırdır və bu istiqamətdə işlərə başlayır” fikri daha çox beynəlxalq ictimaiyyətə istiqamətlənmiş bir mövqedir. Burada başlıca hədəf Ermənistanın sülh tərəfdarı olduğunu, əksinə Azərbaycanın sülhdən daim yayındığını və aqressiv davranış nümayiş etdirdiyini, Ermənistana qarşı işğalçılıq siyasəti olduğunu nümayiş etdirməyə çalışır. Yəni burada əsas başlıca hədəf bundan ibarətdir. Bu baxımdan, hesab edirəm ki, Azərbaycan tərəfi kifayət qədər bu günə qədər sərgilədiyi ehtiyatlı davranışı bundan sonra da davam etdirməlidir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB