"Cənab Prezidentin fikirləri masa üzərindədir. Bu 5 prinsip Ermənistan rəhbərliyinə də bildirilib. 5 prinsip əsası ilə Azərbaycan və Ermənistan arasında sülh sazişi imzalanmalıdır. Başqa yol yoxdur. Ermənistan öz canını bu yolla qutarmalı və xalqına daha zülm verməməlidir". Bu sözləri SİA-ya açıqlamasında deputat Rüfət Quliyev deyib.

Onun sözlərinə görə, təbiidir ki, xarici işlər nazirləri görüşəndə bu barədə danışırlar: "İndi Paşinyandan yeni təkliflər gəlib. O öz ictimaiyyətinə açıqlama verib ki, Qarabağ məsələsinə toxunulmayacaq. Bunun təklifi guya odur ki, saziş yalnız Azərbaycan Ermənistan tərəfində olan Azərbaycan və Ermənistan sərhədlərinin tanınması, delimitasiya və demorkasiyadır. Biz bunu təbii ki, qəbul etməyəcəyik. Biz geriyə çəkilən deyilik.
Bu sülh müqaviləsi bağlandıqdan sonra da məcburiyyət qarşısında ordumuzu və hərbi sursatlarımızı hazır saxlamalıyq. Çünki bu erməni xalqına inam yoxdur. Onların gücü bir az artan kimi bu məsələni qaldıracaqlar. Lakin onlar məqsədinə nail ola bilməyəcək".
Deputat sözlərinə belə davam edib: "Bu gün Azərbayacan çox inkişaf edib. Xarici işlər nazirləri arasında olan söhbətlər texniki prosedur qaydalarla gedir. Əsas məsələ necə varsa, elə də yerində dayanıb.
Ermənistandan iqtisadi qüdrəti 6-7 dəfə artıq və müdafiə gücü 5-6 dəfə güclü olan dövlətlə nə oyun oynayacaqsan?! İndi ancaq özünü xilas etmək istəyirsənsə, dünya səviyyəsində biabır olmaq istəmirsənsə, sazişə qol çəkməlisən. Bunu bütün dünya tələb və təklif edir".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB