"2023-cü ilin "Heydər Əliyev ili" elan olunması xalqımız üçün önəmli hadisədir" - POLİTOLOQ ŞƏRH ETDİ

"2023-cü ilin "Heydər Əliyev ili" elan olunması xalqımız üçün önəmli hadisədir" - POLİTOLOQ ŞƏRH ETDİ

"2023-cü ilin "Heydər Əliyev ili" elan olunması həm dövlətimiz, həm də xalqımız üçün kifayət qədər önəmli hadisədir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Aytən Qurbanova deyib.

Onun sözlərinə görə, Ulu Öndərin həyatının hər anı böyük diplomatiya məktəbidir və müasir Azərbaycanın bütün uğurlarında onun müdrik siyasətinin izləri var: "Təəssüflər olsun ki, Ulu Öndər torpaqlarımızın işğaldan azad olunduğu günləri görmədi. Amma o bu Zəfəri bizlərin görəcəyinə əmin idi. Çünki çox sevdiyi Azərbaycanın özü qədər inandığı insanın - Prezident İlham Əliyevin rəhbərliyi dövründə bütün məqsədlərinə bir-bir nail olacağını bilirdi. Ona görə də, 2023-cü ildə onun anadan olmasının 100 illiyi ilə bağlı tədbirlərin azad Qarabağın da daxil olduğu bütöv Azərbaycan ərazisində keçirilməsi bütün ömrü boyu Azərbaycanın işıqlı gələcəyi üçün çalışmış Ulu Öndərin ruhunu şad edəcəkdir. Amma onu da unutmayaq ki, Azərbaycan xalqı sadəcə bu il deyil, hər zaman onun əziz xatirəsini sonsuz şükran və minnətdarlıqla yad edir və edəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə