Azərbaycan övladlarının qəhrəmanlığı xalqımızın qürurunu və torpaqlarımızı azad etdi ŞƏRH

Azərbaycan övladlarının qəhrəmanlığı xalqımızın qürurunu və torpaqlarımızı azad etdi ŞƏRH

Azərbaycan-Ermənistan münaqişəsinin kökündə ermənilərin “Böyük Ermənistan” yaratmağa yönəlmiş ərazi işğalı planları dururdu. Əlverişli imkan yaranan kimi ermənilər məkrli planlarını həyata keçirməyə başladılar. Ermənipərəst sovet rəhbərliyinin dəstəyi ilə azərbaycanlılar doğma el-obasından qəddarlıq və amansızlıqla didərgin salındı. Tarixin qara səhifəsi kimi qalacaq faciələr gördük, vətənimizdə qaçqın, köçkün olaraq yaşamağa məcbur edildik. Hər qarışı bizim üçün dəyərli olan vətən torpağının 20 faizi işğal və talana məruz qaldı.Ermənilər maddi dəyərlərimizi zəbt etməklə yanaşı, şərəf, ləyaqət kimi mənəvi dəyərlərimizi təhqir etdi, xalqlar arasında Azərbaycan xalqının nüfuzu zədələndi. Beynəlxalq ictimaiyyət isə erməni vandalizmini biganəliklə seyr etməklə yetindi.Azərbaycan xalqı bu ədalətsizliyə uzun illər səbrlə dözüb, özünü içimizdəki qəzəb və intiqam hissinin alovlanacağı günə hazırlayırdı.Azərbaycan ordusu həmin günə 2016-cı ilin aprel döyüşləri ilə başladı. Lələtəpə və 2020-ci ilin Tovuz döyüşləri azadlıq və intiqm atəşini alovlandıran qığılcımlar, Böyük Zəfər salnaməmizin ilk səhifələri idi.

Bu döyüşlər hərbi nailiyyətlərlə yanaşı, Azərbaycanın əsgər və zabitlərinin döyüş əzmini, bacarığını nümayiş etdirdi. Ali Baş Komandanın qətiyyətli mövqeyi, hərbi rütbəsindən asılı olmayaraq döyüşçülərimizin cəsarəti, şücaəti və yaranan milli həmrəylik Ermənistan üzərində Böyük Zəfərin uzaqda olmadığından xəbər verirdi.

Ali Baş Komandanın qəti hücum əmri ilə Azərbaycan ordusu 27 sentyabr 2020-ci il tarixdə Vətən Müharibəsinə başladı. Müzəffər ordumuz 44 gün ərzində döyüş meydanında gücünü göstərdi və bir gün belə dayanmadan qəhrəmanlıqla savaşaraq qələbə qazandı.Vətən müharibəsinin iilk günündən düşmənin 30 il ərzində möhkəmləndirdiyi müdafiə xəttinin yarılması, qısa zamanda yaşayış məntəqələri və strateji yüksəkliklərin işğaldan azad edilməsi xalqımızın qələbə əhval-ruhiyyəsini daha da artırdı. Bütün xalq Ali Baş Komandan ətrafında sıx birləşdi, qisas hissi və torpaq həsrəti ilə bu günü gözləyən igid oğullarımız əzəli düşmənə qarşı vuruşmaq üçün böyük ruh yüksəkliyi ilə səfərbər oldular.

Hədəfi yalnız qələbə olan igid əsgər və zabitlərimiz düşmənin işğal olunmuş torpaqlarımızdakı mövqelərini, istehkamlarını, döyüş texnikalarını, ölümə məhkum canlı qüvvəsini, hərbi bazalarını darmadağın edərək torpaqlarımızı sürətlə azad edirdi. Azad edilən torpaqlarımızda üçrəngli bayrağımız yenidən dalğalandıqca ordumuza ruh verir, düşməni vahiməyə salırdı.44 günlük Vətən Müharibəsi zamanı cəsur əsgər və zabitlərimiz canlarını və sağlamlıqlarını qurban verərək azad etdikləri torpaqlar üzərində Azərbaycanın suveren hüquqlarını bərpa etdi. Ordumuzun gücü qarşısında Ermənistan rəhbərliyi ermənilər üçün təslimiyyət sənədi olan Üçtərəfli Bəyannaməni imzalamaq məcburiyyətində qaldı.Vətən Müharibəsi ilə düşmən istilasına və ustismarına məruz qalan torpaqlarımızın azad edilməsi ilə yanaşı tarixi ədalət və xalqımızın incilən qüruru bərpa edildi. Bu müharibədə Azərbaycan oğullarının qəhrəmanlıqları tariximizə qızıl hərflərlə əbədi yazıldı.

Akif Əliyev,

YAP Ağcabədi rayon təşkilatının əməkdaşı

Bütün xəbərlər Facebook səhifəmizdə