“Azərbaycan-Bolqarıstan münasibətləri ən yüksək səviyyədədir” - DEPUTAT ŞƏRH ETDİ

“Bu gün Azərbaycan-Bolqarıstan münasibətləri ən yüksək səviyyədədir”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.


Onun sözlərinə görə, Prezident İlham Əliyevin Bolqarıstana səfər etməsi, dövlət başçısının yüksək səviyyədə qarşılanması, Azərbaycan haqqında deyilən sözlər bir daha onu göstərir ki, Azərbaycan ilə Bolqarıstan arasındakı əlaqələr yüksəkdir: “Danışıqlar zamanı Bolqarıstan tərəfi Azərbaycan ilə əlaqələri yüksək qiymətləndirdi. Bununla yanaşı Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynadığını qeyd etdi.

Bildiyimiz kimi Bolqarıstan Azərbaycandan qaz alır. Bu gün Azərbaycanın potensialı və imkanları Bolqarıstan üçün cazibədardır. Bu səbəbdən Bolqarıstan şirkətləri Azərbaycan ilə münasibətlərin qurulmasında, inkişaf etdirilməsində maraqlıdır”.

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə