Şəhidin doğum günündə xatirəsi anılıb - FOTOLAR

Şəhidin doğum günündə xatirəsi anılıb - FOTOLAR

YAP Yasamal rayon təşkilatınınsədriBəxtiyar Nəbiyev,Yasamal rayon icra hakimiyyətinin başçısı Elşad Həsənov, Yasamal rayon icra hakimiyyətinin əməkdaşları, şəhidin ailə üzvləri və yaxınları, Yasamal rayon ictimaiyyəti tərəfindən 44 günlük Vətən müharibəsi şəhidi, kiçik gizir Mikayılzadə Rəşad İlham oğlunun doğum günü münasibəti ilə məzarı ziyarət olunaraq dərin ehtiramla yad edilib.Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə, Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin sərəncamına əsasən, şəhid Mikayılzadə Rəşad İlham oğlu ölümündən sonra "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.

Allah şəhidlərimizə rəhmət eləsin!

Nəzakət Ələddinqızı

Bütün xəbərlər Facebook səhifəmizdə