Füzuli rayonu Qaraxanbəyli kəndindən başlayan 44 günlük Vətən müharibəsi

27 sentyabr 2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyeva Füzuliyə səfər ediblər. Səfər zamanı Füzuli rayonunun Qaraxanbəyli kəndində 27 sentyabr Anım gününə həsr olunmuş xatirə lövhəsinin önünə gül dəstələri düzmüşlər. Vətən müharibəsinin ilk günü alınan Qaraxanbəyli kəndi məhz abidə - qaya parçası qoyulan ərazidə ilk şəhidlər bu yerdə olub. Müharibənin ilk günündə Füzulinin Qaraxanbəyli kəndi və digər kəndləri, eləcə də Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndi işğaldan azad edilmişdir.

Cənab Prezident İlham Əliyev çıxışı zamanı şanlı tariximiz olan 44 günlük Vətən müharibəsinə toxunaraq bildirmişdir: “44 günlük Vətən müharibəsi şanlı tariximizdir.
Azərbaycan xalqı bütün gücünü səfərbər edib yumruq kimi birləşərək düşməni doğma
torpaqlarımızdan qovdu. Bütün Azərbaycan xalqı birlik, iradə göstərmişdir. Qəhrəman əsgər və zabitlərimizin fədakarlığı, qəhrəmanlığı sayəsində bu gün biz azad edilmiş torpaqlarda qurub- yaradarıq, şəhərlərimizi, kəndlərimizi bərpa edirik və həm də şanlı Zəfərimizlə fəxr edirik. Eyni zamanda, fəxr edirik ki, biz – bu torpaqların sahibləri bu torpaqlara yenidən həyatı qaytarırıq”.
Xalqımızın həyatında başlıca meyar və xarakter kimi formalaşan yeksək əxlaqi-etik
keyfiyyət 44 günlük Vətən müharibəsi dönəmində həm ön, həm də arxa cəbhədə baş verən
proseslər deyiləni bir daha təsdiqləmiş oldu. Prezident İlham Əliyevin ətrafında sıx birləşən
xalqımız bu çətin sınaqdan üzüağ olaraq çıxdı. Ordumuzun erməni təcavüzünü qəhrəmancasına dəf etməsi və əks-hücuma keçərək düşmənə sarsıdıcı zərbələr endirməsi xalqımızın qələbə əzminin nümayişi oldu. Xalq və ordu birliyinin təcəssümü olaraq 30 illik ağrı-acılar sevincə çevrildi. Başda Ali Baş Komandan cənab İlham Əliyev, Azərbaycan ordusu və Azərbaycan xalqı bütün dünyaya gücümüzü sübut edərək göstərdi ki, hər bir vəzifəni yerinə yetirə bilmə qüdrətindəyik. Azərbaycan torpaqları 44 gün ərzində hissə-hissə işğaldan azad edildi. Qələbəmizi Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi, ordumuzun şücaəti hesabına qazandıq.
Sonda cənab Prezident İlham Əliyevin çıxışına əsaslanaraq Azərbaycan gənci və Azərbaycan vətəndaşı kimi söz verirəm ki, hər zaman şəhidlərimizin əziz xatirəsini yad edəcəm, müstəqilliyimizin və ərazi bütövlüyümüzün keşiyində əbədi duracağam. Ölkəmizin artan gücü, o cümlədən, hərbi gücü müstəqilliyimizin, rahat həyatımızın təminatçısıdır, onun qarantıdır. Prezident-Ordu-Xalq birliyi olduğu müddətcə dünyanın heç bir ölkəsi qarşımızda dayana bilməz.

Nigar İmaməliyeva
YAP Yasamal AMEA Folklor İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Bütün xəbərlər Facebook səhifəmizdə