"Bu, Avropa üçün ekoloji faciəyə səbəb olacaq" - POLİTOLOQ AÇIQLADI
"Rusiyanın müxtəlif rəsmilərinin, o cümlədən Medvedevin nüvə silahının tətbiqi ilə bağlı hədələri ciddiyə alınıb". Bu sözləri SİA-ya açıqlamasında politoloq Fərhad Mehdiyev deyib.
Onun sözlərinə görə, İngiltərənin xüsusi xidmət orqanı Mİ5 artıq Rusiyanın hansı şəhərlərə zərbə endirəcəyinə dair planlarından xəbərdar olduqlarını da bildiriblər: "Rusiya taktiki, yəni xırda çaplı nüvə silahı tətbiq etsə belə, bu, Avropa üçün təmizlənməsi onilliklər sürən bir ekoloji faciəyə səbəb olacaq".
Politoloq sözlərinə belə davam edib: "Radioaktiv tozların olduğu bulud küləyin aparacağı hər istiqamətdə gedəcək və orada torpağı və su hövzələrini də yararsız hala gətirəcək. Bundan Azərbaycan da təsirlənəcək".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB