"Səfərlər ölkəmiz üçün olduqca əhəmiyyətlidir" - QHT RƏSMİSİ ŞƏRH ETDİ

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Anım gününü Füzulidə qeyd etməsi, xüsusilə Azərbaycan əsgərinin ilk hücuma keçdiyi məkanlarda olması, oranı ziyarət etməsi qürur verici bir bir hadisədir". Bu fikirləri SİA-ya açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.

Onun sözlərinə görə, bu ölkə başçısı hər zaman xalqının ən həssas və çətin məqamlarında onun yanında olduğunu göstərir: "Dövlət başçısı çıxışında Azərbaycan əsgərinin məhz buradan hücuma keçdiyini, şəhidlərimizin bura da can verdiyini bildirib. Bu cənab Prezidentin Anım gününü xüsusi qaydada qeyd etməsinin göstəricisidir. Bu səfərdən sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşaya səfər etdi. Buradakı abadlıq-quruculuq işləri ilə tanış oldu. Bir sıra obyektlərdə işlərin gedişatı ilə yaxından maraqlandı. Bu səfərlər ölkəmiz üçün olduqca əhəmiyyətlidir. Hesab edirəm ki, cənab Prezidentin bu bölgəyə səfəri sistematik xarakter alsa da məhz Anım günü bu bölgəyə səfər etməsi xüsusi qeyd olunmalıdır. Qeyd edim ki, müharibə hələ bitməyib. Artsaxdakı revanşist qruplar dişlərini yenidən itiləyib, Azərbaycana, onun xalqına qarşı təhdid dolu açıqlamalar səsləndirirlər. Müstəlif siyasi oyunbazlıq etməklə hər hansı bir statusa sahib olacağını düşünürlər. Xüsusilə Fransa müdafiə nazirinin, ABŞ-ın Nümayəndələr Palatasının sədrinin Ermənistana gəlməsi bir daha onu göstərir ki, Ermənistana qucaq açan dövlətlər indi də Ermənistana sülh prosesinin ləngiməsi ilə bağlı dəstəklər verirlər. Bu bölgədə sülhə xidmət etməyən hərəkətlərdir. Bu onu göstərir ki, Ermənistanın haqsız olduğunu bilərək onların yanında olmağa çalışlar.
Sentyabrın 12-dən 13-nə keçən gecə baş verən hadisələr də hələ müharibənin bitmədiyini göstərir. Belə məqamlarda ölkədəki ictimai-siyasi sabitlik qorunmalıdır. İstər müxalifət, istərsə də qeyri hökumət təşkilatları hər hansı bir aksiyalardan uzaq olmalıdır. Azərbaycan xalqı 44 günlük müharibədə Azərbaycan ordusunun və Ali Baş Komandanın yanında olduğunu kimi indiki məqamda da belə davam etməlidir”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə