"Hadisələrin gedişatı dövlətlər arasında qarşıdurmaların olmasını qaçılmaz edir" - POLİTOLOQ ŞƏRH ETDİ

"Hadisələrin gedişatı dövlətlər arasında qarşıdurmaların olmasını qaçılmaz edir" - POLİTOLOQ ŞƏRH ETDİ

"Tarixi analoji təhlil apardıqda, sadəcə, regionda baş verən hadisələr deyil, ümumiyyətlə, beynəlxalq sistemdə yaranmış böhranın xarakterik xüsusiyyətləri də üçüncü dünya müharibəsinin astanasında olduğumuz fikrini əsaslı şəkildə dəstəkləyir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Aytən Qurbanova deyib.

Onun sözlərinə görə, çünki beynəlxalq sistemdə yaranmış anarxiya nə terrorizm, ekstremizm və ya ərzaq böhranı kimi qlobal problemlərin, nə də fərqli regionlarda baş verən münaqişələrin tənzimlənməsini mümkün edir: "Bu da dövlətlərarası münasibətlərdə gərginliklərin daha da dərinləşməsinə və qlobal güclər arasında qütbləşmənin sürətlənməsinə gətirib çıxarır. Eyni zamanda, bütün dünyanı əhatə edən iqtisadi böhran da maraqlar əsasında qarşıdurmaların daha da artacağından xəbər verir. Ona görə də, bu gün dünya nizamının gələcəyi ilə bağlı fərqli ssenarilər səsləndirilsə də, heç biri optimist yanaşmaları özündə ehtiva etmir. Hər bir halda hadisələrin gedişatı bunu deməyə əsas verir ki, dünya nizamı yenidən formalaşır və bu da mütləq şəkildə böyük dövlətlər arasında qarşıdurmaların olmasını qaçınılmaz edir".

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə