"Paşinyan xəstə təxəyyüllə hərəkət edir" - POLİTOLOQ ŞƏRH ETDİ

"Paşinyan xəstə təxəyyüllə hərəkət edir" - POLİTOLOQ ŞƏRH ETDİ

"Görünən odur ki, Ermənistan sülh barədə hələ düşünmək istəmir. Paşinyan Avropadan qayıtdıqdan sonra sülh müqaviləsinin imzalanacağı barədə Ermənistan parlamentində bəyanat verdi". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev bildirib.

Onun sözlərinə görə, Paşinyan Fransa prezidenti Makronla görüşündən sonra tamamilə sərsəmlədi: "Yəni Paşinyan Dağlıq Qarabağ məsələsini gündəmə gətirir, Azərbaycanla Dağlıq Qarabağ arasındakı danışlardan söhbət açır. Azərbaycanın Ermənistanın ərazi bütövlüyünü tanımalı olduğunu deyir.
Paşinyan xəstə təxəyyüllə hərəkət edir. Azərbaycan onun nazı ilə oynamır, oynamayacaq da. Nəyi nə zaman etmək lazım olduğunu cənab Prezident İlham Əliyev çox gözəl bilir və özü də bunu dəfələrlə bəyan edib. Bu gün də biz hansısa bir provakatorun fikirləri ilə addım ata bilmərik. Sülh müqaviləsi imzalamaq üçün Azərbaycan 5 şərtini irəli sürüb. Ermənistan da bu şərtləri qəbul edib. Azərbaycan tərəfindən İşçi Qrupu yaradılıb və Baş nazirin müavini səviyyəsində Azərbaycanın nümayəndə heyəti müəyyənləşdirilib.

Azərbaycan xarici işlər naziri Ermənistan xarici işlər naziri ilə bir neçə dəfə görüşüb. Azərbaycan sülh müqaviləsini bağlamaq üçün lazımi addımları atıb. Bundan sonra Ermənistan yaxşı fikirləşməlidir. Ermənistan növbəti dəfə dəmir yumruğun dadına baxmaq istəyirsə yenə bu cür sərsəm bəyanatlar verəcək. Onun bir dediyi o biri dediyini tutmur. Bu cür hərəkətlər heç bir dövlət başçısına yaraşmayan hərəkətlərdir. İndi heç bir dövlət Ermənistanı ciddi dövlət kimi qəbul etmir. Amma onun əksi olaraq Azərbaycan dövlətini, onun prezidentini peşəkar siyasətçi kimi tanıyırlar”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə