"27 sentyabrı Ordunun imtahan günü kimi qiymətləndirmək olar" - HƏRBİ EKSPERT ŞƏRH ETDİ

"27 sentyabrı Ordunun imtahan günü kimi qiymətləndirmək olar" - HƏRBİ EKSPERT ŞƏRH ETDİ

"27 sentyabrı Azərbaycan dövlətinin, Azərbaycan ordusunun imtahan günü kimi qiymətləndirmək olar". Bu fikirləri SİA-ya açıqlamasında hərbi ekspert Ramil Məmmədli bildirib.

O qeyd edib ki, ümumiyyətlə 44 günlük Vətən müharibəsi Azərbaycanın dünyada özünü təsdiq etməsi üçün bir mərhələ oldu: "Düşünürəm ki, Azərbaycanın tarixi 2 mərhələyə bölünüb. 2020-ci il 27 sentyabra qədər bir Azərbaycan dövrü, 27 sentyabrdan sonra isə digər bir Azərbaycan dövrü. Bu məsələyə hərbi-siyasi bir kontekstə baxsaq görərik ki, ölkəmizin döyüş meydanında qalib gəlməsi siyasi arenada mövqelərinin güclənməsinə gətirib çıxardı.

Bu gün Azərbaycan əsgəri Ermənistan-Azərbaycan dövlət sərhəddi istiqamətində mühüm və strateji əhəmiyyətə malik mövqeləri işğaldan azad etdi. Bu gün şəhidlərimizin anım günü olsa da həm də Azərbaycan xalqının yenidən dirçəlməsi günüdür. Bu gün Qələbəmizin başlanğıcıdır. Azərbaycan ordusu 27 sentyabr öz imtahanına başladı və noyabrın 10-da isə imtahanını uğurla başa çatdırdı".

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə