“Bu günün müəllifi Şəhidlərimizdir” - POLİTOLOQ DANIŞDI

“Hesab edirəm ki, 27 Sentyabr tariximizin ən şərəfli günlərindən biridir. Bu günün müəllifi Şəhidlərimizdir və biz onların ruhu qarşısında baş əyirik”. SİA xəbər verir ki, bu sözləri Anım Günü ilə bağlı olan tədbirdə politoloq Mətin Məmmədli deyib.

Onun sözlərinə görə, Vətən müharibəsi xalqımız üçün siyasi və strateji nəticələr doğurdu: “44 günlük Vətən müharibəsindən sonra tamamilə yeni bir proses başladı. Biz, münaqişəni bitmiş hesab etsək də, iki ölkə arasında ciddi problemlər qalmaqdadır”.

Mətin Məmmədli sözlərinə belə davam edib: “Müharibədən sonra geosiyasi reallıqlar sülh prosesinə təsir göstərdi. Hal-hazırda sülh prosesninin 4 vacib istiqaməti var. Bizim istəyimizdən asılı olmayaraq Ermənistan sülh prosesinə adekvat cavab vermir. Bu da iki ölkə arasında sülhün bərqərar olmasına mane olur”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə