Hikmət Hacıyev Karen Donfrid ilə görüşüb

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid ilə görüşüb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Hikmət Hacıyev tviter hesabında bildirib.

H.Hacıyev və K.Donfried arasında keçirilmiş görüşdə münasibətlərinin normallaşdırılması prosesinin hazırki vəziyyəti, sülh müqaviləsi, sərhədlərin delimitasiyası və nəqliyyat məsələləri, o cümlədən ikitərəfli strateji əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə