Tarixi ədalətin bərpa edildiyi gün-27 sentyabr ŞƏRH

Tarixi ədalətin bərpa edildiyi gün-27 sentyabr ŞƏRH

27 sentyabr 2020-ci il - Bu tarix xalqımızın yaddaşından, hərb tariximizdən silinməyəcək tarixdir. Öz murdar və çirkin əməllərindən əl çəkməyən, hər fürsətdə təxribatçı və fitnəkar hərəkətlərə əl atan, işğalçılıq və təcavüzkarlıq siyasətini davam etdirən, terrorçuluğu dövlət siyasətinə çevirən insanlıq düşməni nasist və faşist Ermənistan, quldur erməni silahlı birləşmələri növbəti dəfə atəşkəs rejimini pozdu. Qanlı əməllərini, sülhə, təhlükəsizliyə təhdid olan niyyətlərini yenidən gerçəkləşdirməyə cəhd etdi. Dərhal Azərbaycan dövlətinin, Azərbaycan Ordusunun daha kəskin, daha sərt cavabı ilə qarşılaşdı. Beləliklə, Qarabağ münaqişəsinin həllində hərb variantına keçildi. İllərdir Qarabağa, işğal olunmuş torpaqlara qayıtmaq eşqi, həvəsi ilə alışıb-yanan Azərbaycan xalqı, Azərbaycan dövləti, Azərbaycan Ordusu Vətən müharibəsinə başladı. Bəli, məhz Vətən müharibəsinə. Adına əks-həmlə, əks-hücum əməliyyatı desək də, bu, artıq Vətən müharibəsidir!

Ermənistan və onun ha­vadarları tərəfindən Vətən müharibəsinin gedişində hərbi əməliyyatları dayandırmaq üçün Azərbaycana diplomatik və siyasi təzyiqlər göstərildi. Pre­zident İlham Əliyev qəti siyasi iradə nümayiş etdirdi, bütün təzyiqlərə mərdanə şəkildə sinə gərərək onları dəf etdi, öz prin­sipial mövqeyindən dönmədi. Dövlətimizin başçısı dünyanın aparıcı mediasına verdiyi 30-a yaxın müsahibə dünya informasi­ya məkanında ölkəmizə qarşı olan hücumları darmadağın etdi.

Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə rəşadət göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirmişdir. Müzəffər Azərbaycan Ordusunun zəfər yürüşünə dözə bilməyən düşmən təxribatlara əl ataraq, günahsız mülki insanları hədəfə almaqla müharibə cinayətləri törətmişdir.Bu gün Azərbaycanın yarat­dığı reallıq bütün dünya birliyi üçün, insanlıq üçün bir nümunədir. Azərbaycan xalqı bütün dünyaya göstərdi ki, qüdrətli xalq, torpaq və Vətən sevgisi nə deməkdir. Haqq savaşımızda ədalətin təntənəsi dünyada haqsızlığa məruz qalan toplumlar və xalqlar üçün onla­rı işıqlı gələcəyə səsləyən misli görünməmiş bir örnəkdir. Ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyeva bu illər ərzində cənab Prezident İlham Əliyevin ən ya­xın silahdaşı oldu. Şəhid ailələri, müharibə veteranları, əlillər, onların ailələri, cəmiyyətimizin hər bir təbəqəsi hər zaman Azərbaycanın birinci xanımını öz ailələrinin üzvü kimi səmimi sevgi və dərin ehtiramla sinələrinə basır. Bu gün Azərbaycan xalqı öz şəhidlərinin, bizə bu gələcəyi miras qoymuş ümummilli lider Heydər Əliyevin əziz xatirələrini ehtiramla anır və Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasətini ardıcıl dəstəkləyir.Reyhan İsmayılova

Tərtər rayon Mədəniyyət İdarəsi Ərazi Partiya Təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə