"Ərdoğanın məqsədi Putin və Zelenskini bir araya gətirməkdir" - XİN RƏHBƏRİ

Rusiya və Ukrayna müharibənin həll yolundan uzaqlaşıblar. SİA xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Türkiyənin xarici siyasət idarəsinin rəhbəri vurğulayıb ki, rəsmi Ankara Rusiya-Ukrayna müharibəsini bitirmək üçün səy göstərir. Çavuşoğlu tərəflərin həll yolundan uzaqlaşmalarına baxmayaraq, ümidlərini itirmədiklərinin vurğulayıb.

"Prezidentimizin əsas məqsədi cənab Putin və Zelenskini bir araya gətirməkdir. Bunun üçün həmin siyasi prosesin həlli üçün etimad yaradan addımlar atmalıyıq. Sonuncu əsir mübadiləsində biz mühüm rol oynadıq", - Çavuşoğlu vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə